6-cı sinif

Azərbaycan dili (təlim rus dilində olan məktəblər üçün)

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” (rus bölməsi) dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” (rus bölməsi) dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” (rus bölməsi) dərslik komplektində verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Azərbaycan dili” (rus bölməsi) dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
18 aprel 2016
6-cı sinif "Azərbaycan dili" dərsliyinin (rus bölməsi, 2015-ci il nəşri) müzakirəsi
18 aprel 2016-cı il tarixdə, saat 09:30-da 6-cı sinif “Azərbaycan dili” dərsliyinin (rus bölməsi, 2015-ci il nəşri) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.



Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərsliyin həmmüəllifi Həvva Abdullayeva seminarda iştirak etmiş, səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Beləliklə, təlim rus dilində olan ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün hazırlanmış “Azərbaycan dili” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.
3 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” fənni üzrə (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” fənni üzrə (tədris rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Beləliklə, dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.
17 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” fənni üzrə (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” fənni üzrə (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərslik komplektinin müzakirəsi nəticəsində formalaşmış yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim ediləcəkdir. 
20 noyabr 2013
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” fənni üzrə (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” fənni üzrə (təlim rus dilində olan məktəbləri üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən Havva Abdullayeva iştirak etmişdir.

Müzakirə nəticəsində tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallara dair formalaşmış ilkin rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 
4 noyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

7 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə