6-cı sinif

Azərbaycan dili

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” dərslik (2015-ci
il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” dərslik komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Azərbaycan dili” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
29 fevral 2016 
6-cı sinif "Azərbaycan dili" dərsliyinin (2015-ci il nəşri) müzakirəsi
29 fevral 2016-cı il tarixdə, saat 13:30-da ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Azərbaycan dili” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, həmçinin TQDK-nın Gəncə, Lənkəran, Ağcabədi və Göyçay regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulmuşdur.



Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən 282 nömrəli tam orta məktəbin müəllimi Nəriman Abdulov, 149 nömrəli tam orta məktəbin müəllimi Mehri İmanquliyeva, Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, H.Əliyev adına liseyin müəllimi Rafiq Süleymanlı, müstəqil ekspert İntizar Nəbiyeva, 283 nömrəli tam orta məktəbin müəllimi Ruhəngiz Cəbiyeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər.



Dərsliyin həmmüəllifi, filologiya elmləri namizədi Rafiq İsmayılov dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Azərbaycan dili” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 

Növbəti seminarda (7 mart 2016-cı il tarixdə, saat 13:30; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Ədəbiyyat” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi aparılacaqdır.
17 fevral 2014 
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifi f.e.n. Rafiq İsmayılov iştirak etmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, ADPU-nun dosentləri Məmmədxan Soltanov və Fəxrəddin Yusifov, Təfəkkür Universitetinin dosenti Fəxrəddin Əliyev, Avropa Azərbaycan Məktəbinin müəllimi Nazim Nəsrəddinov, 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva, 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov, 149 nömrəli tam orta məktəbin müəllimi Mehri İmanquliyeva, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Culfa rayon 2 nömrəli tam orta məktəbin müəllimi Leyla Abdinova, Göyçaydan Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbin müəllimi Şərəbanı Hacıyeva, Ağcabədidən 11 nömrəli tam orta məktəbin müəllimi Sədaqət Şükürova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərslik komplektinin həmmüəllifi səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Beləliklə, dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

Növbəti seminarda (24 fevral 2014-cü il tarixdə, saat 13:30) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi aparılacaqdır.


10 fevral 2014 
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev,dərslik komplektinin müəlliflərindən f.e.n.Rafiq İsmayılov və Aynur Rüstəmova iştirak etmişlər.


Seminarda Bakı şəhərindən BDU-nun dosenti , f.e.n.Əhəd Cavadov, BDU-nun müəllimləri Arif Əsədov, Elçin Məmmədov, ADPU-nun dosenti Fəxrəddin Yusifov, 117 nömrəli tam orta məktəbin müəllimi Xalid Quliyev, 189 nömrəli tam orta məktəbin müəllimi Təranə Rzayeva, 149 nömrəli tam orta məktəbin müəllimi Mehri İmanquliyeva, 91 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Qəhrəmanova, 33 nömrəli Ağdam tam orta məktəbinin müəllimi Azadə Quliyeva, Sumqayıt şəhərindən Təbiət elmləri təmaüllü gimnaziyanın müəllimi Fazil Ellazov, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Babək qəsəbə tam orta məktəbin müəllimi Ənvər Hüseynov, Göyçaydan 6 nömrəli tam orta məktəbin müəllimi Şəhrəbanu Hacıyeva gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Müzakirəyə “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də qoşulmuşlar.


Dərslik komplektinin müəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (17 fevral 2014-cü il tarixdə, saat 13:30) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbayan dili” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

3 fevral 2014 
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” fənni üzrə dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin müəlliflərindən Rafiq İsmayılov və Aynur Rüstəmova iştirak etmişlər.

Seminarda Bakı şəhərindən 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov, 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, 115 nömrəli tam orta məktəbin müəllimi Səkinə Eminova, 33 nömrəli Ağdam tam orta məktəbin müəllimi Azadə Quliyeva, regional bölmələrlə internet vasitəsi ilə videobağlantı əsasında Gəncədən 16 nömrəli tam orta məktəbin müəllimi Göyçək Məmmədova, Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin müəllimi Səyyarə Müseyibova, Şəkidən 3 nömrəli tam orta məktəbin müəllimi Səhər Rzayeva, Ağcabədidən 12 nömrəli tam orta məktəbin müəllimi Fatma Əkbərova, 3 nömrəli tam orta məktəbin müəllimi Zəhra İbrahimova, Göyçaydan internat məktəbinin müəllimi Lalə Yüzbaşeva, Qarabağlar kənd tam orta məktəbin müəllimi Aytən Qasımova, Çaxırlı kənd tam orta məktəbin müəllimi İlqar Məhərrəmli gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.

Növbəti seminarda (10 fevral 2014 tarixində, saat 13:30) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir. 

                                                  
28 dekabr 2013
GƏNCƏ ŞƏHƏRİNDƏ 6-CI SİNİF “AZƏRBAYCAN DİLİ” VƏ “ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə şəhərində TQDK-nın Gəncə Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Müzakirədə Gəncə şəhərinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Naftalan, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəllimləri iştirak etmişlər.

İclası TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

İclasda həmçinin TQDK-nın Azərbaycan dili və ədəbiyyat fənni üzrə elmi-metodiki monitorinq seminarının rəhbəri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.d. İslam Qəribli dərslik komplektlərinin monitorinqi barədə məlumat vermiş və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov “Ədəbiyyat”, ekspert Arif Əsədov isə “Azərbaycan dili” dərslik komplektlərinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyləri təqdim etmişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Gəncə şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Nazim Həsənov, Gəncə şəhər 28 nömrəli tam orta məktəbin müəllimi Gülafət Bayramova, Gəncə şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Məhəbbət Abdullayeva, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin müəllimi Nahidə Rüstəmova, Şəmkir RTŞ-nin metodisti Akifə Əsgərova, Qazax rayonu Xanlıqlar kənd tam orta məktəbin müəllimi Roza Süleymanova, Ağstafa rayonu Dağ Kəsəmən 1 nömrəli tam orta məktəbin müəllimi Flora Budaqova, Gədəbəy rayonu Pərizamanlı kənd tam orta məktəbin müəllimi Aybəniz Qasımova, Samux rayonu Qovlarsarı kənd tam orta məktəbin müəllimi Xəyalə Salmanova, Goranboy rayonu Qaradağlı kənd tam orta məktəbin müəllimi Ülkər Hümbətova, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə tam orta məktəbin müəllimi Sədaqət Həsənova, Xocalı rayonu Kosalar kənd tam orta məktəbin müəllimi Pərvin Quliyev, GDU-nun Azərbaycan dili kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə elmləri doktoru Gülarə Məlikova və Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Tahirov çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Müzakirə iştirakçıları xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir, onlara can sağlığı, işlərində uğurlar diləyirlər.
 




14 dekabr 2013
AĞCABƏDİ ŞƏHƏRİNDƏ 6-CI SİNİF “AZƏRBAYCAN DİLİ” VƏ “ƏDƏBİYYAT” DƏRSLİKLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ağcabədi şəhərində 3 №-li məktəb-liseyin bazasında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir. 

İclası TQDK-nın  Ağcabədi  Regional bölməsinin müdiri Samir Əliyev açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında ətraflı məlumat vermişdir.


Dərsliklər məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.


Müzakirədə Ağcabədi, Bərdə şəhər, Beyləqan, Tərtər, Füzuli, Zərdab rayon Təhsil Şöbələrinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları, Azərbaycan dili dərsliyinin müəllifi Rafiq İsmayılov, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər. 

İclasda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları Əli Əliyev, Sabir Məmmədov, Ağcabədi şəhər 3 №-li məktəb-liseyin müəllimi Zəhra İbrahimova, Ağcabədi şəhər 8 №-li tam orta məktəbin müəllimi Şəlalə Sultanova, Ağcabədi şəhər 11 №-li tam orta məktəbin müəllimi Fatma Əkbərova, Bərdə şəhər akademik Z.Əliyeva adına liseyin müəllimi Elnur Baxşəliyev, Tərtər rayonu 1 №-li tam orta məktəbin müəllimi Tamella Mehtiyeva, Tərtər rayonu Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Rasim Əliyev, Füzuli rayonu 33 №-li tam orta məktəbin müəllimi Taleh Qurbanov, Zərdab rayonu Qoruqbağı kənd tam orta məktəbin müəllimi Şirin Şirinov çıxış edərək dərsliklərin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklərlə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik müəllifi Rafiq İsmayılov Azərbaycan dili dərsliyi ilə bağlı səsləndirilmiş fikir və təkliflərə münasibət bildirmişdir.
7 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.

4 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.


← Geriyə