6-cı sinif

“Ədəbiyyat” dərslik komplekti

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektində verilmiş materiallara dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektində verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

31 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirə başlamamışdan öncə “31 mart soyqırımı” qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müzakirədə dərslik komplektinin müəllifləri Afət Süleymanova və Təranə Bağırova, “Təhsil” nəşriyyatının əməkdaşı Aida Quliyeva iştirak etmişlər.


Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, f.e.n. İbrahim Quliyev, ADPU-nun dosenti Fəxrəddin Yusifov, 299 nömrəli məktəb-liseyin müəllimi Nuriyyə Verdiyeva, 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov, 149 nömrəli tam orta məktəbin müəllimi Mehri İmanquliyeva, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, 145 nömrəli tam orta məktəbin müəllimi Ulduz Bəkirli, 158 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Bağırova, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Culfa rayon Saltaq kənd tam orta məktəbin müəllimi Arif Nuriyev, Göyçaydan Səməd Vurğun adına internat tam orta məktəbin müəllimi Lalə Yüzbaşeva, Ağcabədidən 5 nömrəli tam orta məktəbin müəllimi Rəna Şükürova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Müəlliflər müzakirədə səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.


Beləliklə, dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

Növbəti seminarda (7 aprel 2014-cü il tarixdə, saat 13:30) ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Ədəbiyyat” dərsliyinin müzakirəsi aparılacaqdır.

17 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında və “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə dərslik komplektinin həmmüəllifi Afət Süleymanova iştirak etmişdir.


Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən ADPU-nun dosenti Fəxrəddin Yusifov, Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın müəllimi Fazil Ellazov, ali dərəcəli metodist müəllim, “21-ci əsrin tanınmış maarifçisi Beynəlxalq müsabiqəsi”nin qalibi İntizar Nəbiyeva, 91 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Qəhrəmanova, Ağdam şəhər 33 nömrəli tam orta məktəbin müəllimi Azadə Quliyeva, 149 nömrəli tam orta məktəbin müəllimi Mehri İmanquliyeva, “İntellekt” məktəbinin direktoru Fatma Bünyadova, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan 6 nömrəli tam orta məktəbin müəllimi Qiymət Həsənova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.


Həmmüəllif müzakirədə səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (31 mart 2014-cü il tarixdə, saat 13:30) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

3 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında və “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev, dərslik komplektinin müəllifləri Afət Süleymanova və Təranə Bağırova, dərslik komplektinin redaktoru Arif Əzizbəyli iştirak etmişlər.


Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Fikrət Əhmədov, ADPU-nun dosenti Fəxrəddin Yusifov, 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva, 91 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Qəhrəmanova, 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov, Ağdam şəhər 33 nömrəli tam orta məktəbin müəllimi Azadə Quliyeva, Sumqayıtdan Təbiət elmləri təmayüllü gimnaziyanın müəllimi Fazil Ellazov, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Culfa rayon 3 nömrəli tam orta məktəbin müəllimi Vüqar Mirzəyev, Gəncədən 25 nömrəli tam orta məktəbin müəllimi Raya İbrahimova, Göyçaydan Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbin müəllimi Şərəbanı Hacıyeva, Ağcabədidən 5 nömrəli tam orta məktəbin müəllimi Rəna Şükürova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Müzakirəyə “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksinin müəllimləri də qoşulmuşlar.


Müzakirədə səsləndirilmiş fikirlərə Əsgər Quliyev və dərslik komplektinin müəllifləri münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (17 mart 2014-cü il tarixdə, saat 13:30) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

24 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Müzakirədə “Təhsil” nəşriyyatının əməkdaşı Elşadə Əzizova iştirak etmişdir. 

  

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı Fikrət Əhmədov, Avropa Azərbaycan Məktəbinin müəllimi Nazim Nəsrəddinov, 299 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Verdiyeva, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin müəllimi Famil Süleymanov, Göyçaydan Məhəmməd Füzuli adına 6 nömrəli tam orta məktəbin müəllimi Şərəbanı Hacıyeva, Ağcabədidən 12 nömrəli tam orta məktəbin müəllimi Fatma Əkbərova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Müzakirəyə “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksinin müəllimləri də qoşulmuşlar.

  

Növbəti seminarda (3 mart 2014-cü il tarixdə, saat 13:30) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Ədəbiyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir. 

12 yanvar 2014
ŞİRVAN ŞƏHƏRİNDƏ 6-CI SİNİF “AZƏRBAYCAN DİLİ” VƏ “ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Şirvan şəhərində TQDK-nın Şirvan Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Müzakirədə Şirvan və Hacıqabul şəhərlərinin, İmişli, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

İclası TQDK-nın Şirvan Regional Bölməsinin müdiri Hafis Bağırov açmış, sonra TQDK-nın sektor müdiri Xədicə Əzimova ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

İclasda həmçinin TQDK-nın Azərbaycan dili və ədəbiyyat fənni üzrə elmi-metodiki monitorinq seminarının rəhbəri, AMEA nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.d. İslam Qəribli dərslik komplektlərinin monitorinqi barədə məlumat vermiş və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov “Ədəbiyyat”, ekspert Arif Əsədov isə “Azərbaycan dili” dərslik komplektlərinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyləri təqdim etmişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Şirvandan 2 nömrəli tam orta məktəbin müəllimi Sevil Xudiyeva, 11 nömrəli tam orta məktəbin müəllimi Zülfiyyə Hüseynova, Hacıqabuldan 9 nömrəli tam orta məktəbin müəllimi Xanım İsmayılova, Sabirabaddan Kürkəndi kənd tam orta məktəbin müəllimi Murad Əhədov, Saatlıdan Varxan kənd tam orta məktəbin müəllimi Cavid Rüstəmov, Salyandan 1 nömrəli tam orta məktəb-liseyin müəllimi Aidə Hüseynova çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

“Azərbaycan dili” fənni üzrə müəllim üçün metodik vəsaitin həmmüəllifi Aynur Rüstəmova dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.






28 dekabr 2013
GƏNCƏ ŞƏHƏRİNDƏ 6-CI SİNİF “AZƏRBAYCAN DİLİ” VƏ “ƏDƏBİYYAT” DƏRSLİK KOMPLEKTLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə şəhərində TQDK-nın Gəncə Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Müzakirədə Gəncə şəhərinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Naftalan, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəllimləri iştirak etmişlər.

İclası TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

İclasda həmçinin TQDK-nın Azərbaycan dili və ədəbiyyat fənni üzrə elmi-metodiki monitorinq seminarının rəhbəri, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.d. İslam Qəribli dərslik komplektlərinin monitorinqi barədə məlumat vermiş və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov “Ədəbiyyat”, ekspert Arif Əsədov isə “Azərbaycan dili” dərslik komplektlərinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyləri təqdim etmişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Gəncə şəhər 9 nömrəli tam orta məktəbin müəllimi Nazim Həsənov, Gəncə şəhər 28 nömrəli tam orta məktəbin müəllimi Gülafət Bayramova, Gəncə şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Məhəbbət Abdullayeva, Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəbin müəllimi Nahidə Rüstəmova, Şəmkir RTŞ-nin metodisti Akifə Əsgərova, Qazax rayonu Xanlıqlar kənd tam orta məktəbin müəllimi Roza Süleymanova, Ağstafa rayonu Dağ Kəsəmən 1 nömrəli tam orta məktəbin müəllimi Flora Budaqova, Gədəbəy rayonu Pərizamanlı kənd tam orta məktəbin müəllimi Aybəniz Qasımova, Samux rayonu Qovlarsarı kənd tam orta məktəbin müəllimi Xəyalə Salmanova, Goranboy rayonu Qaradağlı kənd tam orta məktəbin müəllimi Ülkər Hümbətova, Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbə tam orta məktəbin müəllimi Sədaqət Həsənova, Xocalı rayonu Kosalar kənd tam orta məktəbin müəllimi Pərvin Quliyev, GDU-nun Azərbaycan dili kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə elmləri doktoru Gülarə Məlikova və Gəncə şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Kənan Tahirov çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Müzakirə iştirakçıları xalqımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edir, onlara can sağlığı, işlərində uğurlar diləyirlər.
 




14 dekabr 2013
AĞCABƏDİ ŞƏHƏRİNDƏ 6-CI SİNİF “AZƏRBAYCAN DİLİ” VƏ “ƏDƏBİYYAT” DƏRSLİKLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ağcabədi şəhərində 3 №-li məktəb-liseyin bazasında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir. 

İclası TQDK-nın  Ağcabədi  Regional bölməsinin müdiri Samir Əliyev açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında ətraflı məlumat vermişdir.


Dərsliklər məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.


Müzakirədə Ağcabədi, Bərdə şəhər, Beyləqan, Tərtər, Füzuli, Zərdab rayon Təhsil Şöbələrinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları, Azərbaycan dili dərsliyinin müəllifi Rafiq İsmayılov, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər. 

İclasda Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları Əli Əliyev, Sabir Məmmədov, Ağcabədi şəhər 3 №-li məktəb-liseyin müəllimi Zəhra İbrahimova, Ağcabədi şəhər 8 №-li tam orta məktəbin müəllimi Şəlalə Sultanova, Ağcabədi şəhər 11 №-li tam orta məktəbin müəllimi Fatma Əkbərova, Bərdə şəhər akademik Z.Əliyeva adına liseyin müəllimi Elnur Baxşəliyev, Tərtər rayonu 1 №-li tam orta məktəbin müəllimi Tamella Mehtiyeva, Tərtər rayonu Hacıqərvənd kənd tam orta məktəbin müəllimi Rasim Əliyev, Füzuli rayonu 33 №-li tam orta məktəbin müəllimi Taleh Qurbanov, Zərdab rayonu Qoruqbağı kənd tam orta məktəbin müəllimi Şirin Şirinov çıxış edərək dərsliklərin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklərlə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik müəllifi Rafiq İsmayılov Azərbaycan dili dərsliyi ilə bağlı səsləndirilmiş fikir və təkliflərə münasibət bildirmişdir.
21 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Ədəbiyyat” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

7 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Ədəbiyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Ədəbiyyat” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə