6-cı sinif

Həyat bilgisi

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Həyat bilgisi” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Həyat bilgisi” dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Həyat bilgisi” dərslik
komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Həyat bilgisi” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
28 aprel 2016
6-cı sinif “Həyat bilgisi” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi
28 aprel 2016-cı il tarixdə, saat 11:00-da ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Həyat bilgisi” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri iştirak etmiş, gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.

Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Həyat bilgisi” dərsliyinin (2015-ci il nəşri) elmi metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.    
15 noyabr 2013
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Həyat bilgisi” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Həyat bilgisi” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin müəllifi Nüşabə Məmmədova iştirak etmişdir.

Müzakirə nəticəsində formalaşmış yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 
17 oktyabr 2013
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Həyat bilgisi” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat     

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Həyat bilgisi” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin müəllifi Nüşabə Məmmədova iştirak etmişdir.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

10 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Həyat bilgisi” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

3 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Həyat bilgisi” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Həyat bilgisi” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə