6-cı sinif

İnformatika

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “İnformatika” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “İnformatika” dərslik
komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “İnformatika” dərslik komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “İnformatika” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
21 aprel 2016-cı il
6-cı sinif “İnformatika” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi
21 aprel 2016-cı il tarixdə, saat 16:00-da 6-cı sinif “İnformatika” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri iştirak etmiş, gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər.

Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərsliyin həmmüəllifi Naidə İsayeva səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün hazırlanmış “İnformatika” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 


16 yanvar 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “İnformatika” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “İnformatika” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.
Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən İsmayıl Sadıqov, Naidə İsayeva və “Bakı nəşr” nəşriyyatının icraçı direktoru Zaur İsayev iştirak etmişlər.

Dərslik komplektinin müzakirəsi nəticəsində formalaşmış yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 
31 oktyabr 2013
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “İnformatika” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “İnformatika” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.
Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən İsmayıl Sadıqov, Naidə İsayeva və “Bakı nəşr” nəşriyyatının icraçı direktoru Zaur İsayev iştirak etmişlər.

Müzakirə nəticəsində tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallara dair formalaşmış ilkin rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 
11 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “İnformatika” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

4 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “İnformatika” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “İnformatika” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə