6-cı sinif

Riyaziyyat

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektində (2013-cü il nəşri)verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Riyaziyyat” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
26 fevral 2016
6-cı sinif  Riyaziyyat dərsliyin (2015-ci il nəşri) müzakirəsi
Seminarda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Müzakirədə Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, həmçinin TQDK-nın Gəncə, Şəki, Lənkəran və Ağcabədi regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulmuşdur. 

Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, 72 nömrəli məktəb-liseyin müəllimi Tofiq Nəsibli, ADA-nın dosenti Tural Məmmədov, 313 nömrəli tam orta məktəbin müəllimləri Asif Cümşüdov və Mərdan İsmayılov gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. 




Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərsliyinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.  
14 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı Vaqif Süleymanov və dərslik komplektinin həmmüəllifi Sevda İsmayılova iştirak etmişlər.


Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, AMEA-nın Riyaziyyat İnstitutunun əməkdaşı f.-r.e.n. Əbdürrəhim Quliyev, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, 282 nömrəli tam orta məktəbin müəllimi Tofiq İsmayılov, 7 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Mustafayeva, 19 nömrəli tam orta məktəbin müəllimi İlhamə Zeynalova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.


Beləliklə, dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 

Növbəti seminarda (28 mart 2014-cü il tarixdə, saat 12:00) ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün “Cəbr” dərsliyinin müzakirəsi aparılacaqdır.

7 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, f.-r.e.n. Esmeralda Məmmədli, Zəngi liseyinin müəllimi Əlixan Qarayev, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, 19 nömrəli tam orta məktəbin müəllimi İlhamə Zeynalova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Növbəti seminarda (14 mart 2014-cü il tarixdə, saat 12:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.
28 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Müzakirədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sədaqət Musayeva və Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı Vaqif Süleymanov iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, f.-r.e.n. Esmeralda Məmmədli, Zəngi liseyinin müəllimi Əlixan Qarayev, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov, 7 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Mustafayeva, “İntellekt” məktəbinin direktoru Fatma Bunyadova, 19 nömrəli tam orta məktəbin müəllimi İlhamə Zeynalova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Növbəti seminarda (7 mart 2014-cü il tarixdə, saat 12:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.
21 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar “Dərslik portalı” nda canlı yayımlanmışdır.

Müzakirədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sədaqət Musayeva iştirak etmişdir.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, AMEA-nın Riyaziyyat İnstitutunun əməkdaşı, f.-r.e.n. Əbdürrəhim Quliyev, Heydər Əliyev adına Müasir Təhsil Komplektinin müəllimi, f.-r.e.n. Nizami Kərimli, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, 7 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Mustafayeva, f.-r.e.n. Esmeralda Məmmədli, 250 nömrəli tam orta məktəbin müəllimi Kərim İsmayılov, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Ordubad rayon Gilançay kənd tam orta məktəbin müəllimi Cəmalə Seyidova, Gəncədən 34 nömrəli tam orta məktəbin müəllimi Bəhruzə Məmmədova, “Skype” vasitəsilə Lerikdən tam orta internat məktəbinin müəllimi Mahizər Tağıyeva, 3 nömrəli tam orta məktəbin müəllimi Əflatun Zəbiyev, Cəngəmiran kənd tam orta məktəbinin müəllimi Bəhrəm Mirzəyev gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Növbəti seminarda (28 fevral 2014-cü il tarixdə, saat 12:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

14 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Müzakirədə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı Firuzə Kərimova iştirak etmişdir. 

  

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, AMEA-nın Riyaziyyat İnstitutunun əməkdaşı, f.-r.e.n Əbdürrəhim Quliyev, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, 7 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Mustafayeva, Zəngi liseyinin müəllimi Əlixan Qarayev, 179 nömrəli tam orta məktəbin müəllimi Vəli Vəliyev, həmçinin TQDK nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Culfa rayonu Nəhəcir kənd tam orta məktəbin müəllimi İmadəddin Səfərəliyev, Göyçaydan 5 nömrəli tam orta məktəbin müəllimi Kəklik Hüseynova, Ağcabədidən Laçın rayon Düşərgə qəsəbə tam orta məktəbin müəllimi Səməd Şahverdiyev gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. 

  

Növbəti seminarda (21 fevral 2014-cü il tarixdə, saat 12:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

7 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Müzakirədə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı Firuzə Kərimova və “Şərq-Qərb” nəşriyyatının əməkdaşı Samirə Bektaşi iştirak etmişlər.


Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən f.-r.e.n. Esmeralda Məmmədli, 102 nömrəli tam orta məktəbin müəllimi Mehriban Həmişəyeva, 151 nömrəli tam orta məktəbin müəllimi Nigar Əliyeva, 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Culfa rayonu Dizə kənd tam orta məktəbin müəllimi Raziyə Tağıyeva, Göyçaydan 7 nömrəli tam orta məktəbin müəllimi Dilarə Kərimova, Ağcabədidən Laçın rayon Düşərgə qəsəbə tam orta məktəbin müəllimi Səməd Şahverdiyev və Qaravəlli kənd tam orta məktəbin müəllimi Hüseyn Məhərrəmov gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.


Dərslik komplektinin həmmüəllifi, Mingəçevir şəhər Texniki-təbiət elmləri liseyinin müəllimi Sevda İsmayılova Mingəçevir şəhərindən “Skype” vasitəsilə müzakirəyə qoşularaq, dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (14 fevral 2014-cü il tarixdə, saat 12:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.



25 yanvar 2014
LƏNKƏRAN ŞƏHƏRİNDƏ 6-CI SİNİF “RİYAZİYYAT” DƏRSLİK KOMPLEKTİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT - VİDEO
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Lənkəran şəhərində 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Müzakirədə Lənkəran şəhərinin, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

İclası TQDK-nın Lənkəran Regional Bölməsinin müdiri Əbduləhəd Bağırov açmışdır. Sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

Müzakirədə həmçinin TQDK-nın riyaziyyat fənni üzrə ekspertləri, Bakı şəhər 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov “Riyaziyyat” dərslik komplektinin monitorinqi barədə məlumat vermiş və Bakı şəhər 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov dərslik komplektinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Lənkərandan 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin müəllimi Gülər Nəsirova, 5 nömrəli tam orta məktəbin müəllimi Südabə Hüseynova, Şürük kənd tam orta məktəbin müəllimi Gülxar Qurbanova, Şirinsu kənd tam orta məktəbin müəllimi Güləmirzə Zeynallı, Masallıdan “Dəfinə” liseyinin müəllimi Əlinaz Talıbov, Qızılavar kənd tam orta məktəbin müəllimi Azadxan Paşayev, Boradigah kənd 1 nömrəli tam orta məktəbin müəllimi Elmar İmanov, Astaradan Kijəbə kənd tam orta məktəbin müəllimi Beytulla Hüseynov, Süparibağ kənd tam orta məktəbin müəllimi Eldar Abdullayev, Lerikdən Anbu kənd tam orta məktəbin müəllimi Hüseynverdi Rəhmətov, Yardımlıdan 2 nömrəli tam orta məktəbin müəllimi Qədir Rufullayev, Cəlilabaddan Bədirli kənd tam orta məktəbin müəllimi çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərslik komplektinin müzakirəsi internet vasitəsilə canlı yayımlanmışdır. Müzakirənin gedişini buradan izləyə bilərsiniz:  
 








19 yanvar 2014
QUBA ŞƏHƏRİNDƏ 6-CI SİNİF “RİYAZİYYAT” DƏRSLİK KOMPLEKTİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Quba şəhərində TQDK-nın Quba Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Müzakirədə Quba şəhərinin, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

İclası TQDK-nın Quba Regional Bölməsinin müdiri Elmir Şirinov açmışdır. Müzakirə başlamamışdan öncə 20 Yanvar – Ümumxalq Hüzn günü münasibətilə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

Müzakirədə həmçinin TQDK-nın riyaziyyat fənni üzrə elmi-metodiki seminarının rəhbəri, BDU-nun dosenti İmran Abdullayev “Riyaziyyat” dərslik komplektinin monitorinqi barədə məlumat vermiş, Bakı şəhər 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov dərslik komplektinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyi təqdim etmiş və Bakı şəhər 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov dərslik komplekti haqqında fikir və qeydlərini bildirmişdir. 

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Qubadan AMİ-nin Quba filialının baş müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Əmirağa Şixəmmədov, H.Hüseynov adına Humanitar fənlər üzrə təmayüllü 4 nömrəli məktəb-liseyin müəllimi Mehparə Bayramova, Alpan kənd orta məktəbinin müəllimi Vəliqulu Adıgözəlov, Qusardan Piral kənd tam orta məktəbin müəllimi Hikmət Hüseynov, 3 nömrəli tam orta məktəbin müəllimi Xalidə Davıdova, Xaçmazdan Xaçmaz RTŞ-nin metodisti Azad Bədəlov, Xudat şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Tofiq Şıxəliyev, Siyəzəndən R.Abdulrəhimov adına Gil-Gilçay qəsəbə tam orta məktəbin müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru Könül Məmmədova, Şabrandan Gəndov kənd tam orta məktəbin müəllimi Əminə İsmayılova çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Müzakirədən sonra Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilmişdir.






27 dekabr 2013
GƏNCƏ ŞƏHƏRİNDƏ 6-CI SİNİF “RİYAZİYYAT” DƏRSLİK KOMPLEKTİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə şəhərində TQDK-nın Gəncə regional bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Müzakirədə Gəncə şəhərinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Naftalan, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının müəllimləri iştirak etmişlər.

İclası TQDK-nın Gəncə regional bölməsinin müdiri Nəsimi Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

Müzakirədə həmçinin TQDK-nın riyaziyyat fənni üzrə ekspertləri, Bakı şəhər 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov “Riyaziyyat” dərslik komplektinin monitorinqi barədə məlumat vermiş və Bakı şəhər 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov dərslik komplektinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə GDU-nun dosenti, pedaqoji elmlər namizədi Fəxrəddin Süleymanov, Gəncə şəhər 43 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Namazova, Xocalı rayonu Yaloba kənd tam orta məktəbin müəllimi Xudayar Quliyev, Göygöl rayonu Üçtəpə kənd tam orta məktəbin müəllimi Nurlan Quliyeva, Şəmkir RTŞ-nin metodisti İzzət Aslanov, Naftalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Elsivar Qəmbərov, Qazax şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Vüqar Hüseynov, Ağstafa rayonu Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbin müəllimi Aytək Məmmədova, Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin müəllimi Rüfət Qasımov, Gədəbəy rayonu, Samanlıq kənd tam orta məktəbin direktoru Rasim Zeniyev, Daşkəsən şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Nahidə Həsənova çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərslik komplektinin həmmüəllifi, Mingəçevir şəhər Texniki-təbiət elmləri liseyinin müəllimi Sevda İsmayılova “Riyaziyyat” dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.




7 dekabr 2013
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 6-CI SİNİF “RİYAZİYYAT” DƏRSLİK KOMPLEKTİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT - VİDEO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Regional Bölməsinin təşkilatçılığı ilə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” dərsliyinin müzakirəsini keçirmişdir. 


Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Piri Nağıyev iştirakçıları salamlayaraq, müzakirənin gedişində onlara uğurlar diləmişdir.

İclası TQDK-nın Naxçıvan Regional bölməsinin müdiri Sabir Məmmədov açmış, sonra TQDK-nın sektor müdiri Əzimova Xədicə ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında ətraflı məlumat vermişdir.


Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.


Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Rayon (şəhər) Təhsil Şöbələrinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər.

İclasda Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Məhəmməd Namazov, Təhsil Nazirliyinin sektor müdiri Rəşad Əlizadə, Babək rayonu, Kültəpə kənd tam orta məktəbinin riyaziyyat müəllimi Məhəmməd Səfərəliyev, Babək rayonu, Yarımca kənd tam orta məktəbinin riyaziyyat müəllimi Ənnağı Cəfərov, Naxçıvan şəhər 5 №-li tam orta məktəbin riyaziyyat müəllimi Yusif Fərzəliyev, Naxçıvan şəhər Qızlar liseyinin müəllimi Kəmalə Əliyeva, Şərur rayonu 1№ li tam orta məktəbin müəllimi Əli Mehdiyev çıxış edərək dərsliyin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

11 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

4 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə