6-cı sinif

Texnologiya

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Texnologiya” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Texnologiya” dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Texnologiya” dərslik
komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Texnologiya” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
25 aprel 2016
6-cı sinif “Texnologiya” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi
25 aprel 2016-cı il tarixdə, saat 15:00-da ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Texnologiya” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri iştirak etmiş, gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflər vermişlər.

Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Texnologiya” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.   


21 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Texnologiya” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Texnologiya” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti ilə bağlı işçi qrupu tərəfindən formalaşmış rəyə məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından bir daha baxılmış, bununla bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına daxil olmuş yeni rəylər müqayisəli şəkildə təhlil edilmiş və bir daha araşdırılmışdır.

Yekun rəy müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim ediləcəkdir.
9 yanvar 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Texnologiya” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Texnologiya” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.
Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən Natiq Axundov və Hümeyir Əhmədov iştirak etmişlər.

Dərslik komplektinin müzakirəsi nəticəsində formalaşmış yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 

31 oktyabr 2013
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Texnologiya” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Texnologiya” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.
Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən Natiq Axundov və Hümeyir Əhmədov iştirak etmişlər.

Müzakirə nəticəsində tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallara dair formalaşmış ilkin rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 
10 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Texnologiya” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

4 okyabr 2013 
2013-2014-cü tədris ilində istifadədə olan “Texnologiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Texnologiya” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur. 

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə