7-ci sinif

Fransız dili (2007)

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Fransız dili” dərsliyinə (2007-ci il
nəşri) dair yekun rəy

27 dekabr 2014
7-ci sinif üçün “Fransız dili” dərsliyinin Lənkəran şəhərində müzakirəsi. 
27 dekabr 2014-cü il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-nın Lənkəran Regional Bölməsinin təşkilatçılığı ilə Lənkəran şəhər 4 №-li Humanitar təmayüllü məktəb liseyinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Fransız dili” dərslik komplektlərinin  müzakirəsini keçirmişdir.

Müzakirədə Lənkəran, Masallı və Biləsuvar rayonlarından tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak etmişlər.

Seminarda Fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri, ADU-nun professoru Çəmən Babaxanova, TQDK-nın eksperti, Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqi ilə bağlı görülən işlər barədə məlumat vermişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Masallı rayonu Şərəfə kənd tam orta məktəbinin müəllimi Məmmədova Nahidə, Masallı RTŞ-nin metodisti Əzimov İsmayıl gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Ümumtəhsil məktəblərində istifadədə olan "Fransız dili" dərsliklərinin həmmüəllifi Çəmən Babaxanova dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.
21 dekabr 2014
7-ci sinif üçün “Fransız dili” dərsliyinin Şəki şəhərində müzakirəsi. 
21 dekabr 2014-cü il tarixdə, saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Fransız dili” dərslik komplektlərinin Şəki şəhərində müzakirəsini keçirmişdir.

Müzakirələrdə Şəki, Qax və Zaqatala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.
   
Seminarı TQDK-nın sektor müdiri Xədicə Əzimova açmış, sonra TQDK-nın Fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri, ADU-nun professoru Çəmən Babaxanova, TQDK-nın eksperti, Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqi ilə bağlı görülən işlər barədə məlumat vermişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Şəkidən AMİ-nin Şəki filialının baş müəllimi Əsmayə Əkbərova, şəhər 1 nömrəli məktəbin direktoru Tahirə Cabbarova, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Aygün Səfərova, Kiş kəndi 1 nömrəli tam orta məktəbin müəllimi Qüdrət Muradov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Ümumtəhsil məktəblərində istifadədə olan "Fransız dili" dərsliklərinin həmmüəllifi Çəmən Babaxanova dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.
29 noyabr 2014
7-ci sinif üçün “Fransız dili” dərsliyinin Gəncə şəhərində müzakirəsi. 
29 noyabr 2014-cü il tarixdə, saat 14:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə şəhərində TQDK-nın Gəncə Regional Bölməsində yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Fransız dili” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Müzakirədə Gəncə şəhərinin, Tovuz və Goranboy rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin müəllimləri iştirak etmişlər.

Seminarı TQDK-nın Gəncə Regional Bölməsinin böyük məsləhətçisi Vüsal Cəfərov açmış, sonra TQDK-nın Fransız dili fənni üzrə elmi-metodiki seminarının rəhbəri, ADU-nun professoru Çəmən Babaxanova, TQDK-nın eksperti, Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış dərslik komplektlərinin elmi-metodiki monitorinqi ilə bağlı görülən işlər barədə məlumat vermişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Gəncə şəhərindən Gəncə Dövlət Universitetinin Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov, 39 nömrəli tam orta məktəbin müəllimləri Almaz Əliyeva, Mətanət Zalova, 18 nömrəli tam orta məktəbin müəllimi Nurayə Ələkbərova, Tovuz rayonundan Araflı kənd tam orta məktəbinin müəllimi Akif Əsgərov, Bayramlı kənd tam orta məktəbinin müəllimi Zülfüqar Mustafayev, Goranboy rayonundan 1 nömrəli tam orta məktəbin müəllimi Hicran Əhmədova gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Ümumtəhsil məktəblərində istifadədə olan "Fransız dili" dərsliklərinin həmmüəllifi Çəmən Babaxanova dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.
24 iyun 2013
“Fransız dili 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 
27 may 2013 
“Fransız dili” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:    
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Fransız dili “ dərsliyinin yekun rəyinə müəlliflərin cavabı nəzərə alınmaqla son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Fransız dili” dərsliyi ilə bağlı TQDK ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Fransız dili 7” dərsliyinin (müəlliflər: Azelma Həsənova, Svetlana İsazadə, Səyyarə Nəcəfova, Mahirə Şükürova) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

20 may 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fransız dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci sinifləri üçün “Fransız dili” dərsliyinin (müəlliflər: Azelma Həsənova, Svetlana İsazadə, Səyyarə Nəcəfova, Mahirə Şükürova) müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmiş, dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərsliyin müzakirəsi başa çatmışdır. Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq qurumlara təqdim ediləcəkdir.
13 may 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fransız dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci sinifləri üçün “Fransız dili” dərsliyinin (müəlliflər: Azelma Həsənova, Svetlana İsazadə, Səyyarə Nəcəfova, Mahirə Şükürova) müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmiş, dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.
6 may 2013

23 aprel 2013 

15 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fransız dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci siniflərində istifadədə olan “Fransız dili” dərsliyinin (müəlliflər: Azelma Həsənova, Svetlana İsazadə, Səyyarə Nəcəfova, Mahirə Şükürova) müzakirəsi olmuşdur.

Seminarda dərslik müəlliflərindən Azelma Həsənova iştirak etmişdir.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmiş, dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. 

← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.