7-ci sinif

Ümumi tarix

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Ümumi tarix” dərslik komplektinə (2014-cü il nəşri)
dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Orta əsrlər tarixi” dərsliyinə (2011-ci
il nəşri) dair yekun rəy

14 aprel 2015
“Ümumi tarix 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
5 mart 2015
7-ci sinif üçün “Ümumi tarix” dərslik komplektinin müzakirəsi
5 mart 2015-ci il tarixdə, saat 11:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti Kərəm Məmmədov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Qərb Universiteti tam orta məktəbinin müəllimi Faiq Babayev, Zəngilan rayon 13 nömrəli tam orta məktəbin müəllimi Şəhla Nağıyeva, Ağdam rayon 33 nömrəli tam orta məktəbin müəllimi Maarif Muradov, Bakı Modern Məktəbinin müəllimi Hamlet Əliyev gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

26 fevral 2015
7-ci sinif üçün “Ümumi tarix” dərslik komplektinin müzakirəsi
26 fevral 2015-ci il tarixdə, saat 11:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Ümumi tarix” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirə başlamamışdan öncə Xocalı faciəsində həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti Kərəm Məmmədov, 299 nömrəli tam orta məktəbin müəllimi Salman İbişov, Avropa Azərbaycan Məktəbinin müəllimi Hafiz Cabbarov, 301 nömrəli tam orta məktəbin müəllimi İlqar Abdullayev, 248 nömrəli tam orta məktəbin müəllimi Nərgiz Məmmədova, Bakı Modern Məktəbinin müəllimi Hamlet Əliyev, 288 nömrəli tam orta məktəbin müəllimi Sabir Kazımov gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Növbəti seminarda (5 mart 2015-ci il tarixdə, saat 11:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

19 fevral 2015
7-ci sinif üçün “Ümumi tarix” dərslik komplektinin müzakirəsi
19 fevral 2015-ci il tarixdə, saat 11:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan Ümumi tarix dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifləri, metodist müəllim Sabir Ağayev, ARTPİ-nin böyük elmi işçisi, Elitar Gimnaziyanın müəllimi Sevil Bəhrəmova iştirak etmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti Kərəm Məmmədov, 16 nömrəli texniki-humanitar liseyin müəllimi Səfa Allahyarova, 288 nömrəli tam orta məktəbin müəllimi Sabir Kazımov, 245 nömrəli tam orta məktəbin müəllimi Hüseyn İbrahimov, 272 nömrəli tam orta məktəbin müəllimi Səyalə Şirvanova, 157 nömrəli tam orta məktəbin müəllimi Ruslan Ağamalıyev, 193 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Mustafayeva, 72 nömrəli liseyin müəllimi Aydın Allahverdiyev gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifi Sevil Bəhrəmova səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (26 fevral 2015-ci il tarixdə, saat 11:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

17 yanvar 2015 
7-ci sinif üçün “Ümumi tarix” dərslik komplektinin Şirvan şəhərində müzakirəsi
 17 yanvar 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Şirvan Regional Bölməsinin təşkilatçılığı ilə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Ümumi tarix” dərslik komplektinin Şirvan şəhərində müzakirəsini keçirmişdir. 

Müzakirədə Şirvan və Hacıqabul şəhərlərinin, İmişli, Saatlı, Sabirabad, Salyan və Neftçala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistlər iştirak etmişlər.

 

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarı TQDK-nın Şirvan Regional Bölməsinin müdiri Hafis Bağırov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin Avropa Azərbaycan Məktəbinin müəllimi Hafiz Cabbarov yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Ümumi tarix” dərslik komplektinin monitorinqinə dair ilkin rəyi təqdim etmişdir.


Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Şirvan şəhər 18 nömrəli tam orta məktəbin müəllimi Tahir Eymanxa, Sabirabad rayonu 5 nömrəli şəhər tam orta məktəbinin müəllimi Üzeyir Abbasov, Hacıqabul rayonu Talış kənd tam orta məktəbinin müəllimi Mehman Əmiraslanov, Saatlı rayonu Gomuşçu kənd tam orta məktəbinin müəllimi Kamran Nəsirov, İmişli şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Yusif Hüseynov, Salyandan 3 nömrəli şəhər tam orta məktəbin müəllimi Sehranə Məmmədova, 4 nömrəli tam orta məktəbin müəllimi Razıgül Dadaşova, Yolüstü kənd tam orta məktəbinin müəllimi Mehman Bədirxanov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

7-ci sinif üçün istifadədə olan “Ümumi tarix” dərslik komplektinin hazırlanmasına rəhhbərlik etmiş tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudlu, dərslik komplektinin digər həmmüəllifləri – metodist müəllim Sabir Ağayev, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin müəllimi Həcər Əlişova, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi Leyla Hüseynova dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.







13 dekabr 2014
7-ci sinif üçün “Ümumi tarix” dərslik komplektinin Ağcabədi şəhərində müzakirəsi
13 dekabr 2014-cü il tarixdə, saat 12:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ağcabədi şəhərində 3 nömrəli məktəb-liseyin akt zalında 2014-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında Tarix fənnindən istifadə edilmiş test tapşırıqlarının və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Ümumi tarix” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.


Müzakirədə Ağcabədi, Bərdə, Beyləqan, Tərtər, Füzuli, Zərdab, Ağdam, Laçın və Xocavənd rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak etmişlər.

Seminarı TQDK-nın Ağcabədi Regional Bölməsinin müdiri Samir Əliyev açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov TQDK tərəfindən qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının formaları və yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin Avropa Azərbaycan Məktəbinin müəllimi Hafiz Cabbarov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Ümumi tarix” dərslik komplektinin monitorinqinə dair ilkin rəyi təqdim etmişdir.


Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Ağcabədi rayonundan 3 nömrəli məktəb liseyin müəllimi Ballı Atakişiyeva, Bərdə rayonundan akademik Zərifə Əliyeva adına Texniki təmayüllü liseyin müəllimi Könül Kazımova, Tərtər rayonundan RTŞ-nin metodisti Gülxar Abbasova, Qarağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev, Beyləqan rayonundan 1 nömrəli tam orta məktəbin müəllimi Vüqar Abbasov, Füzuli rayonundan Mahmudlu kənd 1 nömrəli tam orta məktəbinin müəllimi Hikmət Əliyev, Zərdab rayonundan Hüseynxanlı kənd tam orta məktəbinin müəllimi Cəlil Bəşirov, Çallı kənd tam orta məktəbinin müəllimi Babək Mikayılov, Ağdam rayonundan Evoğlu kənd tam orta məktəbinin müəllimi Yeganə Mirzəyeva, Xocavənd rayonundan 1 nömrəli tam orta məktəbin müəllimi Elza Rəhimova, Muğanlı kənd tam orta məktəbinin müəllimi Gövhər Babayeva, Laçın rayonundan 23 nömrəli tam orta məktəbin müəllimi Məhəmməd Abbasov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

24 iyun 2013
“Orta əsrlər tarixi 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 
13 iyun 2013 
“Orta əsrlər tarixi” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:    
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Orta əsrlər tarixi” dərsliyinin (müəlliflər: Yaqub Mahmudlu, Rafiq Xəlilov, Sabir Ağayev, Əkbər Qocayev, Səxavət Qəmbərov, Şərqiyyə Məmmədova, Həcər Əlişova və Babək Xubyarov) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Orta əsrlər tarixi” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Orta əsrlər tarixi 7” dərsliyinin (müəlliflər: Yaqub Mahmudlu, Rafiq Xəlilov, Sabir Ağayev, Əkbər Qocayev, Səxavət Qəmbərov, Şərqiyyə Məmmədova, Həcər Əlişova və Babək Xubyarov) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

23 may 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Orta əsrlər tarixi” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci siniflərində istifadədə olan “Orta əsrlər tarixi” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminar Komissiyanın saytında internet vasitəsilə canlı yayımlanmışdır.

Seminarda Bakı şəhərinin təhsil müəssisələrinin müəllimləri, AMEA–nın müvafiq sahə üzrə mütəxəssisləri ilə birlikdə TQDK-nın Naxçıvan və Ağcabədi regional bölmələrindən internet vasitəsilə videobağlantı əsasında həmin bölgələrin, eyni zamanda “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də iştirak etmiş, dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, sual və tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş və təkliflər vermişlər.

Dərsliyin müzakirəsi başa çatmışdır. Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və müəlliflərə təqdim ediləcəkdir.

16 may 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Orta əsrlər tarixi” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci siniflərində istifadədə olan “Orta əsrlər tarixi” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminar Komissiyanın saytında internet vasitəsilə canlı yayımlanmışdır.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, AMEA–nın müvafiq sahə üzrə mütəxəssisləri ilə birlikdə TQDK-nın Naxçıvan, Şəki və Ağcabədi regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin, eyni zamanda “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimləri də seminara qoşularaq, dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, sual və tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş və təkliflər vermişlər.

2 may 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Orta əsrlər tarixi” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Orta əsrlər tarixi” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminar Komissiyanın saytında internet vasitəsilə canlı yayımlanmışdır.

Müzakirədə dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, eləcə də verilən sual və tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə və Lənkəran regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin tarix müəllimi Dadaşov Müşfiq də seminara qoşularaq, gündəlik məsələ ilə bağlı öz fikrini bildirmişdir.


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.