7-ci sinif

Fizika

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Fizika” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Fizika” dərsliyinə (2011-ci il nəşri)
dair yekun rəy

14 aprel 2015
“Fizika 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
18 fevral 2015
7-ci sinif üçün “Fizika” dərslik komplektinin müzakirəsi
18 fevral 2015-ci il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.
 
Müzakirədə dərslik komplektinin həmmüəllifi, ADPU-nun professoru Mirzəli Murquzov iştirak etmişdir. 

Seminarda Bakı şəhərindən ADNA-nın professoru Müsavər Musayev, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işçisi Müslüm Məmmədov, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, 163 nömrəli tam orta məktəbin müəllimi Vahid Tanrıverdiyev, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi Qurban Mehdiyev, 27 nömrəli tam orta məktəbin müəllimi Miri Abdullayev, ADNA-nın dosenti Cavanşir İsmayılov, Bakı Slavyan Universitetinin Məktəb-lisey Kompleksinin müəllimi Oqtay Həsənov, 30 nömrəli tam orta məktəbin müəllimi Tamilla Orucova, Gənc istedadlar liseyinin müəllimi Əlövsət Rəcəbli gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Xaçmaz, Lənkəran və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır. 

Dərslik komplektinin həmmüəllifi səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 



11 fevral 2015
7-ci sinif üçün “Fizika” dərslik komplektinin müzakirəsi
11 fevral 2015-ci il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 
Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. 

Müzakirədə dərslik komplektinin həmmüəllifi, ADPU-nun professoru Mirzəli Murquzov iştirak etmişdir. 

Seminarda Bakı şəhərindən BDU-nun professoru Namiq Əhmədov, 160 nömrəli tam orta məktəbin müəllimi Rubiynə Qasımova, ADNA-nın dosenti Cavanşir İsmayılov, Sumqayıt şəhərindən 21 nömrəli orta məktəbin müəllimi Lətafət Yusifova gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay, Lənkəran və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifi səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Növbəti seminarda (18 fevral 2015-ci il tarixdə, saat 10:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.
4 fevral 2015
7-ci sinif üçün “Fizika” dərslik komplektinin müzakirəsi
4 fevral 2015-ci il tarixdə, saat 09:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Seminar canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifi, ADPU-nun professoru Mirzəli Murquzov iştirak etmişdir.

Seminarda Bakı şəhərindən AMEA Radiasiya Problemləri İnstitutunun kiçik elmi işçisi Müslüm Məmmədov, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, 163 nömrəli tam orta məktəbin müəllimi Vahid Tanrıverdiyev, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi Qurban Mehdiyev gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifi səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (11 fevral 2015-ci il tarixdə, saat 09:30; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.



25 yanvar 2015 
7-ci sinif üçün “Fizika” dərslik komplektinin Xaçmaz şəhərində müzakirəsi
25 yanvar 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Xaçmaz Regional Bölməsinin təşkilatçılığı ilə Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif üçün Fizika dərslik komplektinin müzakirəsini keçirmişdir.

Müzakirədə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər. 

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.


Seminarı TQDK-nın Xaçmaz Regional Bölməsinin müdiri Elmir Şirinov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif üçün dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir. 

Müzakirədə həmçinin BDU-nun professoru Namiq Əhmədov yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif üçün “Fizika” dərslik komplektinin monitorinqi haqqında məlumat vermiş, "Gənc istedadlar" liseyinin müəllimi, ARPDİA-nın dosenti Əlövsət Rəcəbli isə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif üçün “Fizika” dərslik komplektinin monitorinqi haqqında ilkin rəyi təqdim etmişdir.


Çıxışlar ətrafında müzakirə aparılmışdır. Müzakirədə Xaçmaz rayonundan 8 nömrəli tam orta məktəbin müəllimi Tünzalə Nurəhmədova, Aslanoba kənd tam orta məktəbinin müəllimi Zamin Həşimov, Manafoba kənd tam orta məktəbinin müəllimi Nurlan Kərimov, Quba rayonundan 3 nömrəli tam orta məktəbin müəllimi Əli Əliyev, Səbətlər kənd tam orta məktəbinin müəllimi Şahin Əmirov, Qusar rayonundan 3 nömrəli tam orta məktəbin müəllimi Teymur Əliyev, Şabran rayonundan 4 nömrəli tam orta məktəbin müəllimi Humay Nuşiyeva gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər. 

Ümumtəhsil məktəblərində istifadədə olan 7-ci sinif üçün "Fizika" dərslik komplektinin həmmüəllifi, ADPU-nun dosenti Rasim Abdurrəzaqov dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

20 dekabr 2014
7-ci sinif üçün “Fizika” dərslik komplektinin Şəki şəhərində müzakirəsi
20 dekabr 2014-cü il tarixdə, saat 14:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Fizika” dərslik komplektinin Şəki şəhərində müzakirəsini keçirmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirələrdə Şəki və Mingəçevir şəhərlərinin, Qax, Oğuz, Qəbələ və Zaqatala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

Seminarı TQDK-nın Şəki Regional Bölməsinin müdiri Səbuhi Hüseynov açmış, sonra TQDK-nın sektor müdiri Xədicə Əzimova yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin BDU-nun professoru Namiq Əhmədov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Fizika” dərslik komplektinin monitorinqi haqqında məlumat vermiş, "Gənc istedadlar" liseyinin müəllimi, ARPDİA-nın dosenti Əlövsət Rəcəbli yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Fizika” dərslik komplektinin monitorinqi haqqında ilkin rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Şəki rayonundan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Xanbala Hüseynli, 18 nömrəli məktəbin müəllimi Məlakə Səlimova, Baş Zəyzid kənd tam orta məktəbinin müəllimi İbrahim Həmidov, Orta Zəyzid 2 nömrəli kənd tam orta məktəbinin müəllimi Elnarə Əhmədova, Çeşməli kənd tam orta məktəbinin müəllimi Amil Əhmədov, Aşağı Küngüt kənd orta məktəbinin müəllimi Məzahir Balıyev, Qax rayonundan şəhər 2 nömrəli məktəbin müəllimi Rəna Əhmədova, 5 nömrəli məktəbin müəllimi Sevil Arixova, Qaxbaş kənd tam orta məktəbinin müəllimi Südabə Əhmədova, Oğuz rayonundan şəhər 3 nömrəli liseyin müəllimi Xanbala Manafov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Ümumtəhsil məktəblərində istifadədə olan 7-ci sinif "Fizika" dərslik komplektinin həmmüəllifi – ADPU-nun dosenti Rasim Abdurrəzaqov dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 


24 iyun 2013
“Fizika 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
20 fevral 2013
“Fizika” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Fizika” dərsliyinin (müəlliflər: Mirzəli Murquzov, Sərhəddin Abdullayev, Rasim Abdurazaqov və Natiq Əliyev) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Fizika” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Fizika 7” dərsliyinin (müəlliflər: Mirzəli Murquzov, Sərhəddin Abdullayev, Rasim Abdurazaqov və Natiq Əliyev) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

13 fevral 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki baxımdan müzakirəsi olmuşdur. 

Seminarda dərslik müəllifləri də iştirak etmişlər.

Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimlərinin iştirak etdiyi seminarda dərsliyin yekun müzakirəsi aparılmış, gələcəkdə yazılacaq “Fizika” dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Dərsliyin müzakirəsi başa çatmışdır. Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim ediləcəkdir.
6 fevral 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki baxımdan müzakirəsi olmuşdur. 

Seminarda dərslik müəlliflərindən ADPU-nun professoru Mirzəli Murquzov və BDU-nun professoru Sərhəddin Abdullayev iştirak etmişlər.
 
Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimlərinin iştirak etdiyi müzakirədə dərsliyin ikinci fəsli araşdırılmış, gələcəkdə yazılacaq “Fizika” dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilmiş və təkliflər verilmişdir.
30 yanvar 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki baxımdan müzakirəsi olmuşdur. 

Seminarda dərslik müəlliflərindən ADPU-nun professoru Mirzəli Murquzov və BDU-nun professoru Sərhəddin Abdullayev iştirak etmişlər.

Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimlərinin iştirak etdiyi müzakirədə dərsliyin ikinci fəsli araşdırılmış, gələcəkdə yazılacaq “Fizika”  dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilmiş və təkliflər verilmişdir.
23 yanvar 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Fizika” dərsliyinin elmi-metodiki baxımdan müzakirəsi olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak etmiş və gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Seminarda dərsliyin birinci fəsli araşdırılmış, gələcəkdə yazılacaq “Fizika” dərsliklərində kurikulum üzrə məzmun standartlarının necə reallaşdırılması haqqında fikirlər bildirilmiş və təkliflər verilmişdir.
 


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.