7-ci sinif

Biologiya

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Biologiya” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Biologiya” dərsliyinə (2012-ci il nəşri) dair
yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Zoologiya” dərsliyinə (2011-ci il nəşri) dair
yekun rəy

14 aprel 2015
“Biologiya 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
19 fevral 2015
7-ci sinif üçün “Biologiya” dərslik komplektinin müzakirəsi
19 fevral 2015-ci il tarixdə, saat 09:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Biologiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır. 

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. 

Müzakirədə dərslik komplektinin həmmüəllifləri biologiya üzrə fəlsəfə doktoru Yaşar Seyidli və 160 nömrəli klassik gimnaziyanın müəllimi Nailə Əliyeva, Bakı Avropa Liseyinin müəllimi Xumar Əhmədbəyli iştirak etmişdir. 

Seminarda Bakı şəhərindən biologiya üzrə fəlsəfə doktoru Tariyel Heybətov, biologiya üzrə fəlsəfə doktoru Rəfail İbadov, Ankara liseyinin müəllimi Eltən Abdullayev, Heydər Əliyev adına liseyin müəllimi Musa Rəhmanov gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır. 
 
Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Biologiya” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

12 fevral 2015
7-ci sinif üçün “Biologiya” dərslik komplektinin müzakirəsi
12 fevral 2015-ci il tarixdə, saat 09:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Biologiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır. 

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. 

Müzakirədə dərslik komplektinin həmmüəllifləri biologiya üzrə fəlsəfə doktoru Yaşar Seyidli və 160 nömrəli klassik gimnaziyanın müəllimi Nailə Əliyeva iştirak etmişdir. 

Seminarda Bakı şəhərindən biologiya üzrə fəlsəfə doktoru Turan Məmmədxanlı, 55 nömrəli orta məktəbin müəllimi Vahid Balabəyov, Ankara liseyinin müəllimi Eltən Abdullayev, 23 nömrəli orta məktəbin müəllimi Fəridə Əliyeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır. 

Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Növbəti seminarda (19 fevral 2015-ci il tarixdə, saat 09:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

5 fevral 2015
7-ci sinif üçün “Biologiya” dərslik komplektinin müzakirəsi
5 fevral 2015-ci il tarixdə, saat 09:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Biologiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifləri biologiya üzrə fəlsəfə doktoru Yaşar Seyidli və 160 nömrəli klassik gimnaziyanın müəllimi Nailə Əliyeva iştirak etmişdir.

Seminarda Bakı şəhərindən biologiya üzrə fəlsəfə doktoru Rəfail İbadov, 60 nömrəli orta məktəbin müəllimi Səfurə Rəhimova, Ankara liseyinin müəllimi Eltən Abdullyev gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (12 fevral 2015-ci il tarixdə, saat 09:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.


28 dekabr 2014
7-ci sinif üçün “Biologiya” dərslik komplektinin Lənkəran şəhərində müzakirəsi
28 dekabr 2014-cü il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran Regional Bölməsinin təşkilatçılığı ilə Lənkəran şəhər 4 №-li Humanitar təmayüllü məktəb liseyinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Biologiya” dərslik komplektinin TQDK-nın müzakirəsini keçirmişdir.

Müzakirələrdə Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarının tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak etmişlər.


Seminarı TQDK-nın Lənkəran Regional Bölməsinin müdiri Əbdüləhəd Bağırov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin H. Zərdabi adına “Təbiət tarixi” muzeyinin direktoru, b.e.n. Tariyel Heybətov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Biologiya” dərslik komplektinin monitorinqi haqqında məlumat vermiş və ilkin rəyi təqdim etmişdir. 

  

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Lənkəran rayonundan LDU-nun dosenti Məmmədhüseyn Hüseynov, RTŞ-nin metodisti İlqar Qurbanov, şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Səidə Tağıyeva, Çay fabriki qəsəbə tam orta məktəbinin ali kateqoriyalı metodist müəllimi Ədalət Babayev, Masallı rayonundan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Fizuli Nuriyev, Cəlilabad rayonundan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi İlqar Əliyev, Yardımlı rayonundan Çayüzü kənd tam orta məktəbinin müəllimi Zakir Həsənov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Dərslik komplektinin həmmüəllifləri, AMEA-nın böyük elmi işçisi Yaşar Seyidli, Bakı şəhəri 160 nömrəli tam orta məktəbin müəllimi Nailə Əliyeva dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.


24 iyun 2013
“Biologiya 7” və “Zoologiya 7” dərsliklərinə dair yekun rəylər Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 
28 mart 2013 
“Zoologiya” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:    
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Zoologiya” dərsliyinin (müəlliflər: Rauf Sultanov, Elsevər Əsədov, Könül Mahmudova, Nüşabə Məmmədova, Almaz Həsrət) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Zoologiya” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Zoologiya 7” dərsliyinin (müəlliflər: Rauf Sultanov, Elsevər Əsədov, Könül Mahmudova, Nüşabə Məmmədova, Almaz Həsrət) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

14 mart 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Zoologiya” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Zoologiya” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak etmişlər.

Seminarda iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş, təkliflər vermişlər.

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
14 mart 2013 
“Biologiya” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Biologiya” dərsliyinin (müəlliflər: Urxan Ələkbərov, Vaqif İsmayılov, Üzeyir Ağamirov) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Biologiya” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Biologiya 7” dərsliyinin (müəlliflər: Urxan Ələkbərov, Vaqif İsmayılov, Üzeyir Ağamirov) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir.
Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

7 mart 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Biologiya” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Biologiya” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Lənkəran regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də iştirak etmişlər.

Seminarda iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş, təkliflər vermişlər.

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.