7-ci sinif

Kimya

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Kimya” dərslik komplektinə (2014-cü il nəşri) dair
yekun rəy

14 aprel 2015
“Kimya 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
10 fevral 2015
7-ci sinif üçün “Kimya” dərslik komplektinin müzakirəsi
10 fevral 2015-ci il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Kimya” 
dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifləri p.e.d. Mütəllim Abbasov və k.e.n. Vəli Əliyev iştirak etmişdir.

Seminarda Bakı şəhərindən Xəzər Universitetinin müəllimi Azər Əliyev, Zərifə Əliyeva adına liseyin müəllimi Elbrus Allahyarov, 263 nömrəli tam orta məktəbin müəllimi Şəfiqə Nəbiyeva, BDU-nun professoru Xəlil Nağıyev, AMEA RPİ-nin əməkdaşı Elşad Abdullayev gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Kimya” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

3 fevral 2015
7-ci sinif üçün “Kimya” dərslik komplektinin müzakirəsi
3 fevral 2015-ci il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Kimya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Seminar canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifləri p.e.d. Mütəllim Abbasov və k.e.n. Vəli Əliyev iştirak etmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın Əkinçilik İnstitutunun əməkdaşı, b.e.n. Telman Güləliyev, BDU-nun müəllimi, k.e.n. Sahil Həmidov , 286 nömrəli orta məktəbin müəllimi, “Əməkdar müəllim” Naibə Ələkbərova gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (10 fevral 2015-ci il tarixdə, saat 10:00) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir. 

  
24 yanvar 2015
7-ci sinif üçün “Kimya” dərslik komplektinin müzakirəsi
24 yanvar 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Xaçmaz Regional Bölməsinin təşkilatçılığı ilə Xaçmaz Tarix Diyarşünaslıq Muzeyində yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif üçün "Kimya" dərslik komplektinin müzakirəsini keçirmişdir.


Müzakirədə Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarı TQDK-nın Xaçmaz Regional Bölməsinin müdiri Elmir Şirinov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.


Müzakirədə TQDK-nın kimya fənni üzrə eksperti, AMEA RPİ-nin əməkdaşı Elşad Abdullayev yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif üçün “Kimya” dərslik komplektinin monitorinqinə dair rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirə aparılmışdır. Müzakirədə Xaçmaz rayonundan 8 nömrəli tam orta məktəbin müəllimi Sevil Nağıyeva, 6 nömrəli tam orta məktəbin müəllimi Səidə Xasıyeva, Köhnə Xaçmaz kənd tam orta məktəbinin müəllimi Ziyarət Məmmədova, Xudat qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Günay Abdullayeva, Ağyazı kənd tam orta məktəbinin müəllimi Gülbəniz Nuriyeva, Siyəzən rayonundan Təhsil Şöbəsinin əməkdaşı Cəfər Bağırov, 6 nömrəli tam orta məktəbin müəllimi Yusif Yusifov, Quba rayonundan Rustov kənd tam orta məktəbinin müəllimi Şahlar Əmirov, Qusar rayonundan 6 nömrəli tam orta məktəbin müəllimi Mehriban Niftəliyeva, Şabran rayonundan 4 nömrəli tam orta məktəbin müəllimi Rəna Nağıyeva, Xızı rayonundan Giləzi qəsəbə tam orta məktəbinin müəllimi Qəni Nurməmmədov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.


7-ci sinif üçün "Kimya" dərslik komplektinin həmmüəllifi, AMEA NKPİ-nin əməkdaşı, p.e.d. Mütəllim Abbasov dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

29 noyabr 2014
7-ci sinif üçün “Kimya” dərslik komplektinin Gəncə şəhərində müzakirəsi
29 noyabr 2014-cü il tarixdə, saat 14:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə şəhərində TQDK-nın Gəncə Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif Kimya dərslik komplektinin müzakirəsini keçirmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.


Müzakirədə Gəncə şəhərinin, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Naftalan, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy və Kəlbəcər rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin müəllimləri iştirak etmişlər.

Seminarı TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.
 
Müzakirədə TQDK-nın kimya fənni üzrə eksperti, AMEA, RPİ-nin əməkdaşı Elşad Abdullayev yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Kimya” dərslik komplektinin monitorinqinə dair rəyi təqdim etmişdir.


Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Gəncə şəhərindən 42 nömrəli tam orta məktəbin müəllimi Tərlan Babayeva, 36 nömrəli tam orta məktəbin müəllimi Hidayət Əliyev, 32 nömrəli tam orta məktəbin müəllimi Aidə Qurbanova, Tovuz rayonundan Çobansıxnaq kənd tam orta məktəbinin müəllimi Talıb Mahmudov, Elxan Məmmədov adına şəhər tam orta məktəbinin müəllimi Cəmilə Əhmədova, Qazax rayonundan Cəfərli kənd tam orta məktəbinin müəllimi Samir Almazov, Gədəbəy rayonundan Moruqlu kənd tam orta məktəbinin müəllimi Nəsrəddin İsayev, Göygöl Xocalı rayonundan Yaloba kənd tam orta məktəbinin müəllimi Füzuli Süleymanov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

7-ci sinif "Kimya" dərslik komplektinin həmmüəllifləri – AMEA, NKPİ-nin əməkdaşı, p.e.d. Mütəllim Abbasov, BDU nəzdində "Gənc İstedadlar" liseyinin müəllimi, k.e.n. Vəli Əliyev dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.



← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.