7-ci sinif

Azərbaycan dili

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Azərbaycan dili” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinə (2011-ci il nəşri) dair yekun rəy

14 aprel 2015
“Azərbaycan dili 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
16 fevral 2015
7-ci sinif üçün “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi
16 fevral 2015-ci il tarixdə, saat 13:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, 286 nömrəli tam orta məktəbin müəllimi Arzu Hüseynova, 232 nömrəli tam orta məktəbin müəllimi Fərhadov Zəfər, ADPU-nun müəllimi Arif Kazımov, 33 nömrəli Ağdam rayon tam orta məktəbinin müəllimi Azadə Quliyeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədi regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.


9 fevral 2015
7-ci sinif üçün “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi
9 fevral 2015-ci il tarixdə, saat 13:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifi, f.e.n. Rafiq İsmayılov iştirak etmişdir.

Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, 299 nömrəli tam orta məktəbin müəllimi Nuridə Verdiyeva, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, 281 nömrəli tam orta məktəbin müəllimi Flora Osmanova, 33 nömrəli Ağdam rayon orta məktəbinin müəllimi Azadə Quliyeva, 2 nömrəli tam orta məktəbin müəllimi Zəminə Gülüstani, 22 nömrəli tam orta məktəbin müəllimləri Vəsilə Cəfərova, Mehparə Rzayeva, “İdrak” liseyinin direktoru Fatma Bünyatova, Avropa Azərbaycan liseyinin kafedra müdiri Nazim Nəsrəddinov, 236 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Əliyeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifi səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (16 fevral 2015-ci il tarixdə, saat 13:30) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

2 fevral 2015
7-ci sinif üçün “Azərbaycan dili” dərslik komplektinin müzakirəsi
2 fevral 2015-ci il tarixdə, saat 13:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifi, f.e.n. Rafiq İsmayılov iştirak etmişdir. 
Seminarda Bakı şəhərindən AMEA-nın elmi işçisi İslam Qəribli, 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, 281 nömrəli tam orta məktəbin müəllimi Flora Osmanova, metodist müəllim İntizar Nəbiyeva, 54 nömrəli tam orta məktəbin müəllimi Tahirə Həsənova, 173 nömrəli tam orta məktəbin müəllimi Səadət Hüseynova gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifi səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Növbəti seminarda (9 fevral 2015-ci il tarixdə, saat 13:30) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir. 

       
11 yanvar 2015
7-ci sinif üçün “Azərbaycan dili” dərslik komplektinin Naxçıvan şəhərində müzakirəsi
11 yanvar 2015-ci il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan Muxtar Respublikasında TQDK-nın Naxçıvan Regional Bölməsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları, tam orta və ali məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarı TQDK-nın Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin monitorinqi ilə bağlı görülən işlər barədə məlumat vermişdir.


Müzakirədə həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.d. İslam Qəribli və Bakı şəhəri 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin monitorinqinə dair rəyi təqdim etmişlər.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Naxçıvan şəhərindən Naxçıvan şəhər təhsil şöbəsinin metodisti Günay Tarverdiyeva, şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Qiymət Həsənova, şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Aytən Əliyeva, Naxçıvan Qızlar Liseyinin müəllimi Səkinə Kazımova gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.


"Azərbaycan dili" dərslik komplektinin həmmüəllifi, "Altun Kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov və “Ədəbiyyat” dərslik komplektinin həmmüəllifi, AMİ-nin kafedra müdiri, dosent Bilal Həsənli dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

6 dekabr 2014
7-ci sinif üçün “Azərbaycan dili” dərslik komplektinin Göyçay şəhərində müzakirəsi
6 dekabr 2014-cü il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Göyçay şəhərində TQDK-nın Göyçay Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə Göyçay şəhərinin, Kürdəmir, Ağdaş, Ucar, Şamaxı, İsmayıllı və Yevlax rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

Seminarı TQDK-nın Göyçay Regional Bölməsinin müdiri Məhəmməd Məmmədov açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.


Müzakirədə həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.d. İslam Qəribli, Bakı şəhəri, 232 nömrəli tam orta məktəbin müəllimi Zəfər Fərhadov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərslik komplektlərinin monitorinqinə dair rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Göyçay şəhərindən 6 nömrəli tam orta məktəbin müəllimi Şərəbanı Hacıyeva, 7 nömrəli tam orta məktəbin müəllimi Pərvanə Həsənova, Qarabağlar kənd tam orta məktəbinin müəllimi Aytən Qasımova, Ucar rayonu, Qazyan kənd tam orta məktəbinin müəllimi Aynur Əliyeva, Kürdəmir rayonundan 1 tam orta məktəbin müəllimi Əminə Usubova, Şamaxı rayonundann Laləzar kənd tam orta məktəbinin müəllimi Xamid Kərimov, Yevlax rayonundan Qaraoğlan kənd tam orta məktəbinin müəllimi Anar Həsənov, Nərimanabad kənd tam orta məktəbinin müəllimi Mehman Əliyev gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.


"Azərbaycan dili" dərslik komplektinin həmmüəllifi, "Altun Kitab" nəşriyyatının direktoru Rafiq İsmayılov və “Ədəbiyyat” dərslik komplektinin həmmüəllifi, ADPU-nun dosenti Soltan Əliyev dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

24 iyun 2013
“Azərbaycan dili 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
29 aprel 2013
“Azərbaycan dili” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinin yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Azərbaycan dili 7” dərsliyinin (müəlliflər: R. İsmayılov, X.Qasımova, F.Ellazov) respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

8 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinin (müəlliflər: Rafiq İsmayılov, Xanım Qasımova, Fazil Ellazov) müzakirəsi olmuşdur.

Seminarda dərslik müəlliflərindən Fazil Ellazov iştirak etmişdir.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmiş, dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.
1 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyinin (müəlliflər: Rafiq İsmayılov, Xanım Qasımova, Fazil Ellazov) müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri iştirak etmiş, dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.