7-ci sinif

Riyaziyyat

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Riyaziyyat” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Cəbr” dərsliyinə (2011-ci il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinə (2011-ci il nəşri) dair yekun rəy

14 aprel 2015
“Riyaziyyat 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
27 fevral 2015
7-ci sinif üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi
27 fevral 2015-ci il tarixdə, saat 12:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, ADİU-nun dosenti Vaqif Həbibov, AMEA-nın əməkdaşı Əbdürrəhim Quliyev, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin müəllimi Fəzail Məmmədov, 135 nömrəli tam orta məktəbin müəllimi Vaqif Süleymanov, 72 nömrəli tam orta məktəbin müəllimi Tofiq Nəsibli, Təhsil İdarəsinin metodisti Sədaqət Musayeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 

20 fevral 2015
7-ci sinif üçün "Riyaziyyat" dərslik komplektinin müzakirəsi
20 fevral 2015-ci il tarixdə, saat 12:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, BDU-nun professoru Məmməd Yaqubov, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov, ADİU-nun dosenti Vaqif Həbibov, 72 nömrəli tam orta məktəbin müəllimi Tofiq Nəsibli, 7 nömrəli tam orta məktəbin müəllimi Firəngiz Mustafayeva, “Zəngi” liseyinin müəllimi Əlixan Qarayev, Təhsil İdarəsinin metodisti Sədaqət Musayeva, İmişli rayonundan Aranlı kənd 2 nömrəli tam orta məktəbin direktoru Malik Qəhrəmanlı gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Növbəti seminarda (27 fevral 2015-ci il tarixdə, saat 12:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir. 

13 fevral 2015 
7-ci sinif üçün “Riyaziyyat” dərslik komplektinin müzakirəsi
13 fevral 2015-ci il tarixdə, saat 12:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, “Zəngi” liseyinin müəllimi Əlixan Qarayev, 82 nömrəli məktəbin müəllimi Əlican Namazov, 72 nömrəli məktəbin müəllimi Tofiq Nəsibli, Şabran rayonundan Rəhimli kənd tam orta məktəbinin müəllimi Ramiz Şahbazov gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Növbəti seminarda (20 fevral 2015-ci il tarixdə, saat 12:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir. 

6 fevral 2015
7-ci sinif üçün "Riyaziyyat" dərslik komplektinin müzakirəsi
6 fevral 2015-ci il tarixdə, saat 12:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Riyaziyyat” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun dosenti İmran Abdullayev, 7 nömrəli məktəbin müəllimi, “Əməkdar müəllim” Firəngiz Mustafayeva, ADPU-nun dosenti Vaqif Həbibov, 313 nömrəli məktəbin müəllimi Asif Cümşüdov, 102 nömrəli məktəbin müəllimi Mehriban Həmişəyeva, 48 nömrəli məktəbin müəllimi Nurəddin Nurəddinov gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Növbəti seminarda (13 fevral 2015-ci il tarixdə, saat 12:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.


30 noyabr 2014
7-ci sinif üçün “Riyaziyyat” dərslik komplektinin Gəncə şəhərində müzakirəsi
30 noyabr 2014-cü il tarixdə, saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Gəncə şəhərində TQDK-nın Gəncə Regional Bölməsində yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif Riyaziyyat dərslik komplektinin müzakirəsini keçirmişdir.


Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə Gəncə, Naftalan və Mingəçevir şəhərlərinin, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Xocalı, Göygöl, Samux, Goranboy, Daşkəsən, Gədəbəy və Kəlbəcər rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Gəncə Dövlət Universitetinin müəllimləri iştirak etmişlər.

Seminarı TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.


Müzakirədə həmçinin BDU-nun dosenti İmran Abdullayev “Riyaziyyat” dərslik komplektlərinin elmi-metodiki monitorinqi haqqında ümumi məlumat vermiş, Bakı şəhəri, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov isə yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Riyaziyyat” dərslik komplektinin monitorinqinə dair rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Gəncə şəhərindən Gəncə Dövlət Universitetinin müəllimi Ömər Əliyev, 25 nömrəli tam orta məktəbin müəllimi Tahir Məmmədov, 43 nömrəli tam orta məktəbin müəllimi Şahnaz Namazova, 27 nömrəli tam orta məktəbin müəllimi Mətanət Xəlilova, 27 nömrəli tam orta məktəbin müəllimi Elmira Həsənova, Naftalan şəhərindən 2 nömrəli tam orta məktəbin müəllimi Elsevər Qəmbərov, Tovuz rayonundan Mahir Ələkbərov adına şəhər tam orta məktəbinin müəllimi Rüfət Qasımov, Qazax rayonundan 2 nömrəli tam orta məktəbin müəllimi Vüqar Hüseynov, Alpout kənd tam orta məktəbinin müəllimi Təranə Omarova, Ağstafa rayonundan Dağkəsəmən kənd 1 nömrəli tam orta məktəbin müəllimi Aytək Məmmədova, Şəmkir rayonundan Nəriman Nərimanov adına tam orta məktəbin müəllimi Şahnaz Cəfərova, Gədəbəy rayonundan Çalburun kənd tam orta məktəbinin direktoru Məmməd Əkbərov, Göygöl rayonundan Balçılı kənd tam orta məktəbinin müəllimi Firudin İbrahimov, Goranboy rayonundan Qızılhacılı 2 nömrəli kənd tam orta məktəbinin müəllimi Yaşar Həsənov, Mingəçevir şəhərindən Saragül Həsənova gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.


7-ci sinif "Riyaziyyat" dərslik komplektinin müəllifi, Mingəçevir şəhər Texniki-humanitar liseyin müəllimi Sevda İsmayılova dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

27 dekabr 2014
7-ci sinif üçün “Riyaziyyat” dərslik komplektinin Lənkəran şəhərində müzakirəsi
27 dekabr 2014-cü il tarixdə, saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Riyaziyyat” dərslik komplektinin TQDK-nın Lənkəran Regional Bölməsinin təşkilatçılığı ilə Lənkəran şəhər 4 №-li Humanitar təmayüllü məktəb liseyinin akt zalında  müzakirəsini keçirmişdir.

Müzakirədə Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarının tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak etmişlər.

Seminarı TQDK-nın Lənkəran Regional Bölməsinin müdiri Əbdüləhəd Bağırov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin monitorinqi ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin BDU-nun dosenti İmran Abdullayev yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Riyaziyyat” dərslik komplektinin monitorinqi haqqında məlumat vermiş və Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov bu dərslik komplektinin monitorinqi haqqında ilkin rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Lənkəran rayonundan Şirinsu kənd tam orta məktəbinin müəllimi Güləmirzə Zeynallı, Xanbulan kənd tam orta məktəbinin müəllimi Namiq Fərziyev, Şürik kənd tam orta məktəbinin müəllimi Namiq Bağırov, Astara rayonundan Kijəbə qəsəbə tam orta məktəbinin müəllimi Beytulla Hüseynov, Masallı rayonundan Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəbinin müəllimi Dadaşbala Diniyev, Qızılavar kənd tam orta məktəbinin müəllimi Azadxan Paşayev, Cəlilabad rayonundan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Tahir Ələsgərov, Yardımlı rayonundan Vərgədüz kənd tam orta məktəbinin müəllimi Bəxtiyar Əliyev gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər. 
     
 
      
10 yanvar 2015
7-ci sinif üçün “Riyaziyyat” dərslik komplektinin Naxçıvan şəhərində müzakirəsi
10 yanvar 2015-ci il tarixdə, saat 12:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan şəhərində TQDK-nın Naxçıvan Regional Bölməsinin təşkilatçılığı ilə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Riyaziyyat” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları, tam orta və ali təhsil müəssisələrinin müvafiq fənn müəllimləri iştirak etmişlər.


Seminarı TQDK-nın Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin monitorinqi ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin BDU-nun dosenti İmran Abdullayev “Riyaziyyat” dərslik komplektlərinin elmi-metodiki monitorinqi haqqında ümumi məlumat vermiş, Bakı şəhəri, 82 nömrəli tam orta məktəbin müəllimi Əlican Namazov isə yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Riyaziyyat” dərslik komplektinin monitorinqinə dair rəyi təqdim etmişdir.


Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Naxçıvan şəhər təhsil şöbəsinin baş məsləhətçisi Sabir Məmmədov, Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbin müəllimi Yusif Fərzəliyev, Babək rayonu, Kültəpə kənd tam orta məktəbinin müəllimi Məhəmməd Səfərəliyev gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

24 iyun 2013
“Cəbr 7” və “Həndəsə 7” dərsliklərinə dair yekun rəylər Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
19 aprel 2013
“Həndəsə” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinin (müəlliflər: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Həndəsə 7” dərsliyinin (müəlliflər: Misir Mərdanov, Sabir Mirzəyev, Şabala Sadıqov) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

12 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Həndəsə” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinin müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
5 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Həndəsə” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinin müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.
29 mart 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Həndəsə” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərin 7-ci sinifləri üçün “Həndəsə” dərsliyinin müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.
15 mart 2013
“Cəbr” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:    
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Cəbr” dərsliyinin (müəlliflər: Misir Mərdanov, Məmməd Yaqubov, Sabir Mirzəyev, Ağababa İbrahimov, Kəmalə Bədəlova və Sabir Məmişov) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Cəbr” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Cəbr 7” dərsliyinin (müəlliflər: Misir Mərdanov, Məmməd Yaqubov, Sabir Mirzəyev, Ağababa İbrahimov, Kəmalə Bədəlova və Sabir Məmişov) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

1 mart 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Cəbr” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Cəbr” dərsliyinin müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik müəlliflərindən Məmməd Yaqubov iştirak etmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
22 fevral 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Cəbr” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Cəbr” dərsliyinin müzakirəsi olmuşdur.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Müzakirədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Vüsalə Həsənova, dərslik müəlliflərindən Məmməd Yaqubov iştirak etmişlər.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin müvafiq fənn müəllimləri də gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.