7-ci sinif

Rus dili

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Rus dili” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinə (2011-ci il nəşri) dair yekun rəy

14 aprel 2015
“Rus dili 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
11 fevral 2015 
7-ci sinif üçün Rus dili (təlim rus dilində olan məktəblər üçün) fənni üzrə dərslik komplektinin müzakirəsi
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Müzakirədə dərslik komplektinin müəllifləri Zərifə Əliyeva adına liseyin müəllimi Mustafayeva Mehriban və 160 nömrəli klassik gimnaziyanın müəllimi Əmrahova Sevda iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı Dövlət Universitetinin dosenti Rəna İsmayılova, “Bakı Oksford məktəbi”nin müəllimi Oksana Qorina, Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova, “İdrak” məktəbinin direktoru Fatmaxanım Bünyadova, Elitar gimnaziyanın müəllimi Olqa Yevtuşenko və Nailə Bədəlova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərslik komplektinin müəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (25 fevral 2015-ci il tarixdə, saat 14:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” və “Ədəbiyyat” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektlərinin müzakirəsi aparılacaqdır.
4 fevral 2015 
7-ci sinif üçün Rus dili (təlim rus dilində olan məktəblər üçün) fənni üzrə dərslik komplektinin müzakirəsi
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar canlı yayımlanmışdır.

Müzakirədə dərslik komplektinin müəllifləri Zərifə Əliyeva adına liseyin müəllimi Mustafayeva Mehriban və 160 nömrəli klassik gimnaziyanın müəllimi Əmrahova Sevda iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı Dövlət Universitetinin dosenti Rəna İsmayılova, Fərəh Süleymanova, Elitar gimnaziyanın müəllimi Olqa Yevtuşenko, 72 nömrəli məktəb-liseyin müəllimi Natalya Drepina və Nailə Bədəlova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərslik komplektinin müəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (11 fevral 2015-ci il tarixdə, saat 14:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

24 iyun 2013 
“Rus dili 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 
24 aprel 2013 
“Rus dili” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinin (müəlliflər: Hüseynova Təranə, Məmmədova Natalya) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Rus dili 7” dərsliyinin (müəlliflər: Hüseynova Təranə, Məmmədova Natalya) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

10 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Rus dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminarda dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Müzakirələrdə Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.

Dərsliyin müzakirəsi başa çatmışdır. Müzakirələr nəticəsində formalaşacaq yekun rəy müəlliflərə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim ediləcəkdir.
3 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Rus dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminarda dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri gündəlik məsələ ilə bağlı fikir bildirmiş və təkliflərini vermişlər.

Növbəti seminarda (10 aprel 2013-cü il tarixdə saat 14:00) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinin müzakirəsi davam etdiriləcəkdir.
27 mart 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Rus dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Rus dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminarda dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş və təkliflər verilmişdir.
6 mart 2013 

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.

← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.