7-ci sinif

Coğrafiya

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “Coğrafiya” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Coğrafiya” dərsliyinə (2011-ci il nəşri)
dair yekun rəy

14 aprel 2015
“Coğrafiya 7” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
13 fevral 2015
7-ci sinif üçün “Coğrafiya” dərslik komplektinin müzakirəsi
13 fevral 2015-ci il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifi Yaqub Qəribov iştirak etmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun professoru Fərda İmanov, 135 nömrəli orta məktəbin müəllimi Rafik Məmmədov, BDU-nun müəllimi Mahir Sərkərli, 157 nömrəli məktəbin müəllimi Natəvan Abdullayeva, 3 nömrəli orta məktəbin müəllimi Şahsənəm İskəndərova gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Dərslik komplektinin həmmüəllifi Yaqub Qəribov səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 


6 fevral 2015
7-ci sinif üçün “Coğrafiya” dərslik komplektinin müzakirəsi
6 fevral 2015-ci il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminar canlı yayımlanmışdır.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəllifləri Nərminə Seyfullayeva və Yaqub Qəribov iştirak etmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun professoru Fərda İmanov, 82 nömrəli orta məktəbin müəllimi Sürəyya Abdullayeva, 126 nömrəli orta məktəbin müəllimi Mərifət Eyyubova, 3 nömrəli orta məktəbin müəllimi Şahsənəm İskəndərova, 239 nömrəli orta məktəbin müəllimi Məhbubə Babayeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Növbəti seminarda (13 fevral 2015-ci il tarixdə, saat 10:00; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28; Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir

.
14 dekabr 2014
7-ci sinif üçün “Coğrafiya” dərslik komplektinin Ağcabədi şəhərində müzakirəsi
14 dekabr 2014-cü il tarixdə, saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ağcabədi şəhərində 3 nömrəli məktəb-liseyin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Coğrafiya” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.


Müzakirədə Ağcabədi, Bərdə, Beyləqan, Tərtər, Füzuli, Zərdab, Ağdam, Laçın və Xocavənd rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri iştirak etmişlər.

Seminarı TQDK-nın Ağcabədi Regional Bölməsinin müdiri Samir Əliyev açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin BDU-nun professoru Fərda İmanov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış "Coğrafiya" dərslik komplektlərinin monitorinqi haqqında ümumi məlumat vermiş, Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova  yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “Coğrafiya” dərslik komplektinin monitorinqinə dair ilkin rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Ağcabədi rayonundan 8 nömrəli tam orta məktəbin müəllimi Tamara Qəmbərova, 7 nömrəli tam orta məktəbin müəllimi Mehriban Abışova, Bərdə rayonundan Çələbilər kənd tam orta məktəbinin müəllimi Nicat Hüseynli, Mollagüllər kənd tam orta məktəbinin müəllimi Anar Quliyev, Tərtər rayonundan Bəyimsarov kənd tam orta məktəbinin müəllimi Asim Qasımov, Beyləqan rayonundan RTŞ-nin metodisti, 2 nömrəli tam orta məktəbin müəllimi Lamiyə Əliyeva, 6 nömrəli ümumi orta məktəbin müəllimi Elvin Abbasov, Şərq kənd tam orta məktəbinin müəllimi Şamay Şükürlü, Mayak kənd tam orta məktəbinin müəllimi Elgün Vəliyev, Füzuli rayonundan Qazaxlar kənd tam orta məktəbinin müəllimi Vüqar Həsənov, Zobucuq-3 qəsəbəsi 33 nömrəli tam orta məktəbinin müəllimi Cəmilə İsgəndərova, Zərdab rayonundan 1 nömrəli məktəb-liseyin müəllimi Şamo Sədiyev, Çallı kənd tam orta məktəbinin müəllimi Vaqif Nağıyev, Xocavənd rayonundan Salakətin kənd tam orta məktəbinin müəllimi Samirə Hüseynova, Laçın rayonundan Mişni kənd tam orta məktəbinin müəllimi Qurban Həsənov, Ağdam rayonundan 68 nömrəli köçkün tam orta məktəbinin müəllimi Allahverdi Məmmədov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.


7-ci sinif "Coğrafiya" dərslik komplektinin həmmüəllifi, BDU-nun dosenti, p.e.d. Nərminə Seyfullayeva dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

24 iyun 2013 
“Coğrafiya 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 
24 may 2013 
“Coğrafiya” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Coğrafiya” dərsliyinin (müəlliflər: Oqtay Alxasov, Dadaş Ələsgərov, Şahin Pənahov, Rafiq Məmmədov) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Coğrafiya” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“Coğrafiya 7” dərsliyinin (müəlliflər: Oqtay Alxasov, Dadaş Ələsgərov, Şahin Pənahov, Rafiq Məmmədov) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

17 may 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminar Komissiyanın saytında internet vasitəsilə canlı yayımlanmışdır.

Seminarda dərslik müəlliflərindən ADPU-nun dosenti Oqtay Alxasov, Heydər Əliyev adına MTK-nın kafedra müdiri Rafiq Məmmədov iştirak etmişlər.

Seminarda Bakı şəhəri, Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin müəllimi Sürəyya Abdullayeva, Heydər Əliyev adına liseyin müəllimi Akif Hüseynli, Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin müəllimi Güllü İsmayılova, Xətai rayonu 257 nömrəli tam orta məktəbin müəllimi Xuraman Vəliyeva, Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İsgəndərova, Nəsimi rayonu 42 nömrəli tam orta məktəbin müəllimi Təranə Əfəndiyeva, internetlə videobağlantı əsasında Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Kəngərli, Şəki liseyinin müəllimi Sahib İbrahimov, Quba şəhəri 5 nömrəli tam orta məktəbin müəllimi Sevgili Rzayeva, Ağcabədi şəhəri 5 nömrəli tam orta məktəbin müəllimi Güləndam Nəsirova, eyni zamanda “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin coğrafiya müəllimi Mehman Əliyev dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, eləcə də verilən sual və tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş və təkliflər vermişlər.

Dərsliyin müzakirəsi başa çatmışdır. Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və müəlliflərə təqdim ediləcəkdir.    

 
10 may 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminar Komissiyanın saytında internet vasitəsilə canlı yayımlanmışdır.

Seminarda dərslik müəlliflərindən ADPU-nun dosenti Oqtay Alxasov, Heydər Əliyev adına MTK-nın müəllimi, “Əməkdar müəllim” Rafiq Məmmədov iştirak etmişlər.

Seminarda Bakı şəhəri, Binəqədi rayonu 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İsgəndərova, Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin müəllimi Güllü İsmayılova, Nərimanov rayonu 82 nömrəli tam orta məktəbin müəllimi Sürəyya Abdullayeva, Xətai rayonu 257 nömrəli tam orta məktəbin müəllimi Xuraman Vəliyeva, Nəsimi rayonu 42 nömrəli tam orta məktəbin müəllimi Təranə Əfəndiyeva, internetlə videobağlantı əsasında Naxçıvan MR-in Babək rayonu Zeynəddin kənd tam orta məktəbinin müəllimi Fəxrəddin Qurbanov, Naxçıvan Türk Liseyinin müəllimi Mikayıl Mikayılov, Gəncə şəhəri 27 nömrəli tam orta məktəbin müəllimi Zülfiyyə Tağıyeva, “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin coğrafiya müəllimi Mehman Əliyev dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, eləcə də verilən sual və tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş və təkliflər vermişlər.

3 may 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Şəki, Quba və Lənkəran regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında həmin bölgələrin coğrafiya müəllimləri, həmçinin “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müvafiq fənn müəllimləri də dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.