7-ci sinif

İngilis dili

PDF

Kurikulum əsasında hazırlanmış 7-ci sinif “İngilis dili” dərslik komplektinə (2014-cü il nəşri) dair yekun rəy

PDF

Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinə (2012-ci il nəşri) dair yekun rəy

14 aprel 2015
“İngilis dili” dərslik komplektinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.
16 fevral 2015 
7-ci sinif üçün İngilis dili dərslik komplektinin müzakirəsi
16 fevral 2015-ci il tarixdə, saat 11:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.  

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin müzakirəsi olmuşdur.  

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.  

Müzakirədə dərslik komplektinin müəllifləri 111 nömrəli tam orta məktəbin müəllimi Qıztamam Quliyeva və 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova iştirak etmişlər.  

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.  

Seminarda Bakı şəhərindən ADU-nun dosenti Rəna Əhmədova, ADU-nun müəllimi Gülyaz Zeynallı, 129 nömrəli tam orta məktəbin müəllimi Rəbiyyə Bayramova, 35 nömrəli tam orta məktəbin müəllimi Pərvanə Talıbova, Bakı “Avropa” liseyinin müəllimi Mətanət Əhədova, 20 nömrəli tam orta məktəbin müəllimi Təranə Əliyeva və Xırdalan şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Adıgözəlova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.  

Dərslik komplektinin həmmüəllifi Qıztamam Quliyeva səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır. 

Beləliklə, ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.  

9 fevral 2015 
7-ci sinif üçün İngilis dili dərslik komplektinin müzakirəsi
9 fevral 2015-ci il tarixdə, saat 11:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin müzakirəsi olmuşdur. 

Seminar “Dərslik Portalı”nda canlı yayımlanmışdır. 

Müzakirədə dərslik komplektinin müəllifləri 111 nömrəli tam orta məktəbin müəllimi Qıztamam Quliyeva və 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova iştirak etmişlər. 

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir. 

Seminarda Bakı şəhərindən ADU-nun dosenti Rəna Əhmədova, 286 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Səfərova, 63 nömrəli tam orta məktəbin müəllimi Zenfira Orucova, 250 nömrəli tam orta məktəbin müəllimi Almaz Tağıyeva, 282 nömrəli tam orta məktəbin müəllimi Gülşən Həsənova və 244 nömrəli tam orta məktəbin müəllimi Bahar Kərimova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır. 

Növbəti seminarda (16 fevral 2015-ci il tarixdə, saat 11:30) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

2 fevral 2015 
7-ci sinif üçün İngilis dili dərslik komplektinin müzakirəsi
2 fevral 2015-ci il tarixdə, saat 11:30-da ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar canlı yayımlanmışdır.

Müzakirədə dərslik komplektinin müəllifləri 111 nömrəli tam orta məktəbin müəllimi Qıztamam Quliyeva və 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən ADU-nun dosenti Rəna Əhmədova, “Zəngi” liseyinin müəllimi Təzəgül Hüseynova, 164 nömrəli tam orta məktəbin müəllimi Arifə Rəsulova, 286 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Səfərova, 111 nömrəli tam orta məktəbin müəllimi Elvira Şahbəndəyeva gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Həmçinin TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay və Şirvan regional bölmələri ilə internet vasitəsilə "Skype" əlaqəsi yaradılmışdır.

Növbəti seminarda (9 fevral 2015-ci il tarixdə, saat 11:30) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.


21 dekabr 2014
7-ci sinif üçün “İngilis dili” dərslik komplektinin Şəki şəhərində müzakirəsi
21 dekabr 2014-cü il tarixdə, saat 10:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “İngilis dili” dərslik komplektinin Şəki şəhərində müzakirəsini keçirmişdir.

Müzakirələrdə Şəki və Mingəçevir şəhərlərinin, Qax, Oğuz, Qəbələ və Zaqatala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak etmişlər.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarı TQDK-nın Şəki Regional Bölməsinin müdiri Səbuhi Hüseynov açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif dərslik komplektlərinin təhlili ilə bağlı görülən işlər barədə məlumat vermişdir.

Müzakirədə həmçinin Bakı Avropa liseyinin müəllimi Mətanət Əhədova yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanmış 7-ci sinif “İngilis dili” dərslik komplektinin monitorinqinə dair ilkin rəyi təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Şəki şəhərindən Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyin müəllimi Gülbəniz Məmmədova, 10 nömrəli məktəbin müəllimi Ədalət Musayeva, 17 nömrəli tam orta məktəbin müəllimi Tural Salamov, Qəbələ rayonundan Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Mədinə Hacıyeva, Zaqatala rayonundan Humanitar fənlər gimnaziyasının müəllimi Ayşə Musayeva, Balakən rayonundan Nizami adına 1 nömrəli tam orta məktəbin müəllimi Vüqar Həsənov gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Ümumtəhsil məktəblərində istifadədə olan 7-ci sinif "İngilis dili" dərslik komplektinin həmmüəllifləri – Nəsimi rayonu 111 nömrəli tam orta məktəbin müəllimi Qıztamam Quliyeva və Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin müəllimi Xalidə Rüstəmova dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.


24 iyun 2013
“İngilis dili 7” dərsliyinə dair yekun rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir. 
29 aprel 2013 
“İngilis dili” fənni üzrə ekspert şurasının 7-ci sinif dərsliyi ilə bağlı müzakirəsi

Gündəlik məsələ:    
Ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinin (müəlliflər: Arifə Rəsulova, Nərminə Əliyeva, Rəfiqə Əliyeva) yekun rəyinin son müzakirəsi olmuşdur.

Qərara alındı:
Respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyi ilə bağlı TQDK-ya daxil olmuş və seminarlarda müzakirələr nəticəsində bildirilmiş iradlar, təkliflər və qeydlər nəzərə alınmaqla formalaşmış yekun rəyi əsas tutaraq ekspert şurası

Qərara alır:
“İngilis dili 7” dərsliyinin (müəlliflər: Arifə Rəsulova, Nərminə Əliyeva, Rəfiqə Əliyeva) yekun rəydə göstərilənlər nəzərə alınmaqla, respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilir. Yeni hazırlanacaq dərslikdə bu dərslikdəki materiallardan istifadə olunarsa, yekun rəydə göstərilən irad və təkliflərin nəzərə alınması tövsiyə olunur.

22 aprel 2013
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Dərslik məzmun, dil və üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik müəlliflərindən Rəfiqə Əliyeva və Nərminə Əliyeva iştirak etmişlər.

Seminarda Bakı şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
15 aprel 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Dərslik məzmun, dil və üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri dərsliklərlə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Növbəti seminarda (22 aprel 2013-cü il tarixdə, saat 11:30) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinin müzakirəsi davam etdiriləcəkdir.
8 aprel 2013 
Ümumtəhsil məktəblərinin 7-ci siniflərində istifadədə olan “İngilis dili” dərsliyinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinin müzakirəsi ilə bağlı olmuşdur.

Dərslik məzmun, dil və üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri dərsliklə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Növbəti seminarda (15 aprel 2013-cü il tarixdə, saat 11:30) ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “İngilis dili” dərsliyinin müzakirəsi davam etdiriləcəkdir.


← Geriyə

Müzakirələr

7-ci sinif, 7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
7-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Orta əsrlər tarixi dərsliyində türk xalqlarının tarixinə geniş yer verilməsi yaxşıdır. Ancaq bu materiallar elə təqdim edilib ki, şagirdlərdə nəinki türk tarixinə, hətta tarix fənninə marağı öldürür. Bütün tarix müəllimləri səbirsizliklə gözləyir ki, növbəti il üçün yazılacaq dərslik belə olmayacaq.
Orta əsrlər tarixində Türk xalqları tarixi bölmələri yenidən işlənməsi vacibdir.Metodi­ki baxımdan.Belə ki,cümlələrdə bağlılıq itir.Şagird həmin mövzuları yadda saxlamaqda çətinlik çəkir.
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizd­ə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndir­ilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasında­kı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünk­i dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.­Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlər­in vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuri­ya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Çox rica edirəm ki, yeni qəbul edilmiş 7-ci siniflərin qiymətləndirmə nəticələrini portalda yerləşdirərdini­z. TQDK-sı həmişə öz demokratik davranışları və əməlləri ilə seçilib. Mümkün variantda qəbul edilmiş və edilməmiş kitablara verilən münasibəti bildirərdiniz..­.
7 ci sinif k.s.q yerlesdirin xahis
Salam. Butun portal istifadecileri salamlayiram. 7-ci sinif biologiya kitabinin 86-ci sehifesindeki(C­ilpaqtoxumlular­ sobesi) adi kuknar basliginda sehv var. Kitabda beledir:Kuknar agacinin koku sam agacinda oldugu kimi cox derine getmir, esasen, torpagin munbit ust sethinde yayilir. Halbuki sam agacinin koku derine gedir, mil kok sistemi var.