8-ci sinif






















Müzakirələr

8-ci sinif, 8-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
8-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Azərbaycanın iqtisadi cografiyası
Bu iqtisadi coğrafiya dərsliyi yenidən yazıldı.Amma yenə də bu kitabların müzakirəsinə ehtiyac var.Kitab dil və üslub baxımından çox ağırdır.
Azərbaycan Tarixi 8-ci sinifdə Cəlarilər hərəkatı haqqında məlumat çox azdır. Həmçinin bu dərsılikdə Koroğlunun əsas niyyəti, missiyası haqqında məlumat verilməməkdədir­. Bu hərəkat yalnız üsyankar xarakterli, Şərqi Anadoludakı hərəkatın bir hissəsi kimi təqdim edilir. Təklifim budur ki, Koroğlunun əsil niyyəti, missiyası və Qızılbaşlıq uğrunda mübarizəsi əks edilsin.
Kurikulum əsasında hazırlanmış 8-ci sinif Azərbaycan dili dərsliyində, 126-cı səhifədə “alə”, “dbil” kimi vulqar sözlər işlənib. Bu nə dərəcədə doğrudur? Bu cür sözlərin dərslikdə verilməsinin şagirdlərə müsbət yox, mənfi təsiri var. İlk növbədə dərs keçilərkən bu mətn mütləq sinifdə artıq səs-küy yaranmasına və dərsin pozulmasına gətirib çıxaracaq. Bu sözlərlə tanış olmayan uşaqlar da belə sözləri əzbərləyəcək.
8-ci sinif Azərbaycan dili dərsliyində verilmiş həmin dialoq (səh.126) heç də birmənalı qarşılanmır. İlk qəzetin yaranmasına, mətbuat tariximizə həsr olunmuş bölmədə iki oğlan arasında gedən "küçə" danışığının verilməsinə ehtiyac görmürəm. Müəlliflərin məqsədi gözəl danışığı təbliğ etməkdirsə, düşünmürəm ki, buna nail olubar. səh.127-də çərçivədə verilmiş "çağırış" isə daldan atılan daşa bənzəyir. Məqsəd kobud danışıqla gözəl ifadə tərzini müqayisə etməkdirsə, jarqon leksikasına, vulqar leksikaya aid bədii əsərlərdən nümunə vermək olardı. Bu daha yaxşı, düzgün qəbul olunardı, nəinki müəlliflərin qurduqları dialoq.
Məzahim Mustafayev, yazdığınız rəyə dərslik müəllifinin münasibətini buradan oxuya bilərsiniz:
http://derslik.edu.az/forums/16/155/717/#post717
Biosfer Yerin təbəqələri sistemində tapşırıq var.Tapşırıqda qeyd edilib ki səh 122-də şəkil 2-dən istifadə edin.Səh.122-də isə şəkil yoxdur.
"Təbii zonalar" mövzusunda yazıllb ki,ekvatorial meşələrdə fil,kərgədan yaşayır.