Xəbərlərs

12.01.2017

Tarix fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

12 yanvar 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni qiymətləndirmə vasitələrinə dair nümunələrin müzakirəsi olub. Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Növbəti seminarda (19 yanvar 2017-ci il tarixdə, saat 11:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) yeni qiymətləndirmə vasitələrinə dair nümunələrin müzakirəsi davam etdiriləcək.


Back to News