Xəbərlərs

10.01.2017

Kimya fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

10 yanvar 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni qiymətləndirmə vasitələrinə dair nümunələrin müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Növbəti seminarda (17 yanvar 2017-ci il tarixdə, saat 10:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) müzakirə davam etdiriləcək.   


Back to News