Xəbərlərs

03.02.2017

Coğrafiya fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

3 fevral 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni qiymətləndirmə vasitələrinə dair nümunələrin müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Növbəti seminarda (17 fevral 2017-ci il tarixdə, saat 10:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) yeni qiymətləndirmə vasitələrinə dair nümunələrin müzakirəsi davam etdiriləcək.   


Back to News