Xəbərlərs

01.06.2017

Biologiya fənnindən 7-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı məlumat

1 iyun 2017-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində 7-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı müəlliflər qrupunun iclası keçirilib.

7-ci siniflər üçün test kitabçası müəlliflər tərəfindən müvafiq dərsliyin yeni nəşri (2016-cı il) ilə tutuşdurulub. Dərslikdəki dəyişikliklər nəzərə alınmaqla, kitabçaya düzəlişlər edilib.

Həmçinin iclasda yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 3-cü tədris vahidinə (“Sağlam həyat”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “İnsan və onun sağlamlığı” məzmun xətti üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (8 iyun 2017-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 4-cü tədris vahidi (“Epidemiologiya”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News