Xəbərlərs

08.06.2017

Ədəbiyyat fənnindən yeni təhsil proqramı (kurikulum) üzrə 10-cu siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı məlumat

08 iyun 2017-ci il tarixdə, saat 14:30-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə 10-cu siniflər üçün “Qiymətləndirmə tapşırıqları” kitabçasının hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilmişdir.

Gündəlik məsələ diaqnostik qiymətləndirmə üçün hazırlanmış tapşırıq variantlarının təhlili olmuşdur. Müzakirədə diaqnostik qiymətləndirməyə aid nümunələrin 5-9-cu sinif “Ədəbiyyat” dərsliklərini əhatə etməsi, “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”, “Yazılı nitq” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanılmışdır. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirmiş, təkliflər vermişlər. 


Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb. 

Növbəti iclasda (15 iyun 2017-ci il tarixdə, saat 14:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 3-cü mərtəbə) hazırlanmış yeni tapşırıq 


Back to News