Xəbərlərs

14.06.2017

Fizika fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Fizika” vəsaitinin və X sinif “Qiymətləndirmə tapşırıqları”nın hazırlanması ilə bağlı məlumat

14 iyun 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni təhsil proqramı (kurikulum) üzrə “Fizika” vəsaitinin hazırlanması ilə bağlı iclas keçirilib.


Gündəlik məsələ abituriyentlər, şagirdlər və müəllimlər üçün nəzərdə tutulmuş vəsaitin müəlliflərinin müəyyən edilməsi, yeni təhsil proqramına(kurikuluma) əsasən fizika fənnindən “Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar”, “Maddə və sahə, qarşılıqlı təsir, əlaqəli sistemlər”, “Eksperimental fizika və müasir həyat” məzmun xətləri üzrə alt standartların seçilməsi və vəsaitin strukturunun müəyyənləşdirilməsi olub.

Həmçinin X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 4-cü tədris vahidinə (“Mexaniki rəqslər və dalğalar”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar”, “Eksperimental fizika və müasir həyat” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (21 iyun 2017-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirələr davam etdiriləcək. 


Back to News