Xəbərlərs

19.09.2017

Kimya fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Kimya” vəsaitinin hazırlanması ilə bağlı məlumat

19 sentyabr 2017-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində yeni “Kimya” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Maddə və maddi aləm”, “Kimyəvi hadisələr” məzmun xətləri üzrə mövzuların seçilməsi, vəsaitin strukturunun müəyyənləşdirilməsi olub. 

Növbəti iclasda (26 sentyabr 2017-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.    


Back to News