Xəbərlərs

09.10.2017

Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar məlumat

9 oktyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 

Gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olmuşdur.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı onlar gündəlik məsələ ilə bağlı fikirlərini bildirmiş və təkliflərini vermişlər.

Növbəti seminarda (16 oktyabr 2017-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2018-ci ildə ümumi orta təhsil (9 illik), tam orta təhsil (11illik) üzrə buraxılış və hərbi liseylərə, ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramların müzakirəsi aparılacaqdır. 



Back to News