Xəbərlərs

12.10.2017

Biologiya fənni üzrə elmi-metodiki seminar

12 oktyabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olmuşdur. 



Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.


Növbəti seminarda (19 oktyabr 2017-ci il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2018-ci ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanı üçün proqramın müzakirəsi aparılacaqdır. 



Back to News