Xəbərlərs

20.12.2017

Rus dili fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

20 dekabr 2017-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ yeni test tapşırığı nümunələri haqqında məlumatın verilməsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Yeni test tapşırığı nümunələri 2018-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

Növbəti seminarda (27 dekabr 2017-ci il tarixdə, saat 14:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci ildə ali təhsil müəssisələrinə I, IV, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi aparılacaq.


Back to News