Xəbərlərs

21.12.2017

Tarix fənni üzrə elmi-metodiki seminar

21 dekabr 2017-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.


Gündəlik məsələ 14 iyul 2017-ci il tarixdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.

Müzakirəsi aparılmış 18 (A variantı 58-75 saylı, B variantı 51-55, 57-60, 62, 65-67, 69, 72-75 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Seminarda iştirak etmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA nın müvafiq sahə üzrə mütəxəssisləri gündəlik məsələ ilə bağlı fikir və təkliflərini bildiriblər.

Növbəti seminarda (28 dekabr 2017-ci il tarixdə, saat 11:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci ildə qəbul imtahanlarında abituriyentlər tərəfindən çətinliklə cavablandırılmış test tapşırıqlarının izahına dair, tövsiyə xarakterli material müzakirə ediləcək.


Back to News