Xəbərlərs

08.01.2018

İngilis dili fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

8 yanvar 2018-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 2017-ci ildə ali təhsil müəssisələrinə I, II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Metodik tövsiyə 2018-ci ildə “Abituriyent” jurnalının ikinci sayında dərc ediləcək.

Növbəti seminarda (15 yanvar 2018-ci il tarixdə, saat 11:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi aparılacaq.


Back to News