Xəbərlərs

27.12.2017

Rus dili fənni üzrə elmi-metodiki seminar haqqında məlumat

27 dekabr 2017-ci il tarixdə, saat 14:00-da Dövlət İmtahan Mərkəzində rus dili fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 2017-ci ildə ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildirdilər.

Metodik tövsiyə 2018-ci ildə “Abituriyent” jurnalının ikinci sayında dərc ediləcək.

Növbəti seminarda (10 yanvar 2018-ci il tarixdə, saat 14:00-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ədəbiyyat (rus bölməsi) fənni üzrə 30 aprel tarixində ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki müzakirəsi aparılacaq.


Back to News