Xəbərlərs

19.12.2017

Kimya fənni üzrə elmi-metodiki seminar

12 dekabr 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 22 iyul 2017-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub. 


Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Müzakirəsi aparılmış 15 (A variantı, 36-50 saylı, B variantı, 26, 28, 29, 30, 32, 35, 36, 38, 39, 42, 45, 47-50 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.

Növbəti seminarda (19 dekabr 2017-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.  


Back to News