Xəbərlərs

26.12.2017

Kimya fənni üzrə elmi-metodiki seminar

26 dekabr 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə elmi-metodiki seminar keçirilib.


Gündəlik məsələ yeni test tapşırığı nümunələrinin elmi-metodiki baxımdan təhlili olub. 

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Yeni test tapşırığı nümunələri 2018-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

Növbəti seminarda (9 yanvar 2018-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırığı nümunələrinin müzakirəsi davam etdiriləcək.  


Back to News