Xəbərlərs

13.12.2017

Fizika fənni üzrə elmi-metodiki seminar

13 dekabr 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində fizika fənni üzrə elmi-metodiki seminar keçirilib.

Gündəlik məsələ 22 iyul 2017-ci ildə ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olub.

 
Seminarda iştirak edən Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. 

Müzakirəsi aparılmış 10 (A variantı, 101-110 saylı, B variantı,101, 107, 110, 114, 117, 118, 120, 121, 122, 125 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və nominasiyasına görə təhlil edilib. 

Növbəti seminarda (20 dekabr 2017-ci il tarixdə, saat 10:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.  


Back to News