Xəbərlərs

28.12.2017

Tarix fənni üzrə elmi-metodiki seminar

28 dekabr 2017-ci il tarixdə, saat 11:30-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə elmi-metodiki seminar keçirilib.


Gündəlik məsələ 2017-ci ildə qəbul imtahanlarında abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahı və metodik tövsiyə barədə materialın müzakirəsi olub.

Seminar iştirakçıları gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər. Test tapşırıqlarının izahı və abituriyentlərə metodik tövsiyə barədə material bəzi düzəlişlər nəzərə alınmaqla 2018-ci ildə “Abituriyent” jurnalının ikinci sayında dərc ediləcək.

Növbəti seminarda (4 yanvar 2018-ci il tarixdə, saat 11:30-da; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) abituriyentlər tərəfindən çətin mənimsənilən mövzuların müzakirəsi aparılacaq.


Back to News