Xəbərlərs

08.12.2013

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA 6-CI SİNİF “TARİX” DƏRSLİKLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Naxçıvan şəhəri 14 №-li tam orta məktəbin bazasında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri Piri Nağıyev iştirakçıları salamlayaraq, müzakirənin gedişində onlara uğurlar diləmişdir. 


İclası TQDK-nın Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədov açmış, sonra TQDK-nın sektor müdiri Cavanşir Orucov ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi haqqında ətraflı məlumat vermişdir.


Dərslik komplektləri məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir. 


Müzakirədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Rayon (şəhər) Təhsil Şöbələrinin, AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları, dərslik müəllifi Aidə Məmmədova, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər.

İclasda AMEA-nın müxbir üzvü, AMEA-nın Naxçıvan Bölməsinin şöbə müdiri Vəli Baxşəliyev, AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Asif Orucov, Babək rayonu, Nehrəm kənd tam orta məktəbinin müəllimi Ovni Muradov, Naxçıvan şəhər 14№ li tam orta məktəbin müəllimi Rzaqulu Həsənov, Şahbuz rayonu Kükü kənd tam orta məktəbinin müəllimi Arif Hüseynov, Culfa rayonu, Saltaq kənd tam orta məktəbinin müəllimi Mahir Əsgərov, Şərur rayonu Kosacan kənd tam orta məktəbinin müəllimi Yaşar Cəmilov, Naxçıvan şəhər 6 №-li tam orta məktəbin müəllimi Azad Şirzadov, Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin müəllimi Rahilə Seyidova, Naxçıvan şəhər 17 №-li tam orta məktəbin müəllimi Könül Məmmədova, Naxçıvan Qızlar liseyinin müəllimi Gülşən Ağayeva çıxış edərək dərsliklərin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik müəllifi Aidə Məmmədova səsləndirilmiş fikir və təkliflərə münasibət bildirmişdir.


Back to News