Xəbərlərs

16.11.2017

Biologiya fənni üzrə elmi-metodiki seminar

16 noyabr 2017-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 


Gündəlik məsələ 2017-ci il 7 may tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur.

Müzakirəsi aparılmış 9 (A variantı, 67-75 saylı, B variantı, 56, 58, 66, 70-75 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər,
AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.


Növbəti seminarda (23 noyabr 2017-ci il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.


Back to News