Xəbərlərs

22.01.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

22 yanvar 2018-ci il tarixdə, saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 22 iyul 2017-ci il tarixdə ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında Azərbaycan dili fənnindən istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili olmuşdur.

Müzakirəsi aparılmış 26 (I qrup üzrə A variantı 90-100, B variantı 82, 88, 81, 90, 80, 95, 98, 96, 100, 97, 99; IV qrup üzrə A variantı 79, 82, 85, B variantı 82, 90, 92 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (29 yanvar 2018-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.


Back to News