Xəbərlərs

29.01.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

29 yanvar 2018-ci il tarixdə, saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 14 iyul 2017-ci il tarixdə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında Azərbaycan dili fənnindən istifadə olunmuş test tapşırıqlarının elmi-metodiki təhlili olmuşdur.

Müzakirəsi aparılmış 30 (A variantı 1-15, B variantı 13, 1, 15, 16, 2, 5, 10, 11, 12, 3, 4, 9, 8, 6, 7 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (05 fevral 2018-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.


Back to News