Xəbərlərs

19.02.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

19 fevral 2018-ci il tarixdə, saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 14 iyul 2017-ci il tarixdə ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ədəbiyyat fənnindən istifadə olunmuş test tapşırıqlarının

Müzakirəsi aparılmış 50 (A variantı 76-100, B variantı 76-100 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilmişdir.

Seminarda Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (26 fevral 2018-ci il tarixdə, saat 13:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) yeni test tapşırığı nümunələri müzakirə ediləcək.


Back to News