Xəbərlərs

04.01.2018

Biologiya fənni üzrə elmi-metodiki seminar

4 yanvar 2018-ci il tarixdə, saat 10:30-da Dövlət İmtahan Mərkəzində Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə elmi-metodiki seminar keçirilmişdir. 


Gündəlik məsələ DİM tərəfindən hazırlanan nəşr materiallarının müzakirəsi olub.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər,
AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (11 yanvar 2018-ci il tarixdə, saat 10:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) DİM tərəfindən hazırlanan nəşr materiallarının müzakirəsi davam etdiriləcək.


Back to News