Xəbərlərs

29.12.2017

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

29 dekabr 2017-ci il tarixdə Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 2017-ci il 30 aprel tarixində ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur.

Müzakirəsi aparılmış 13 (A variantı, 38-50 saylı, B variantı, 26, 27, 29, 33, 35, 36-38, 46-50 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (5 yanvar 2018-ci il tarixdə, saat 12:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci il 22 iyul tarixində ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.


Back to News