Xəbərlərs

19.01.2018

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

19 yanvar 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ 2017-ci il 22 iyul tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur.

Müzakirəsi aparılmış 12 (A variantı, 1-12 saylı, B variantı, 1-5, 9, 10, 12, 13, 18, 20, 21 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (26 yanvar 2018-ci il tarixdə, saat 12:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci il 22 iyul tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi davam etdiriləcək.


Back to News