Xəbərlərs

26.01.2018

Riyaziyyat fənni üzrə elmi-metodiki seminar

26 yanvar 2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilmişdir.
Gündəlik məsələ 2017-ci il 22 iyul tarixində ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili olmuşdur.

Müzakirəsi aparılmış 13 (A variantı, 13-25 saylı, B variantı,6-8, 11, 14-17, 19, 22-25 saylı) test tapşırığının hər biri imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

Seminarda Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmişlər. Müzakirə zamanı gündəlik məsələ ilə bağlı fikirlər bildirilmiş və təkliflər verilmişdir.

Növbəti seminarda (2 fevral 2018-ci il tarixdə, saat 12:30-da; Ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci il 22 iyul tarixində ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan müzakirəsi aparılacaq.


Back to News