Xəbərlərs

26.02.2018

Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar

26 fevral 2018-ci il tarixdə, saat 13:30-da Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə elmi-metodiki seminar keçirilmişdir.

Gündəlik məsələ yeni test tapşırığı nümunələri haqqında məlumatın verilməsi olub.

Seminarda iştirak edən Bakı şəhərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər gündəlik məsələ ilə bağlı fikirlərini bildiriblər.

Yeni test tapşırığı nümunələri 2018-ci ildə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək. 

Növbəti seminarda (05 mart 2018-ci il tarixdə, saat 13:30; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) 2017-ci ildə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin statistik göstəricilərinə əsasən abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqlarının izahına dair metodik tövsiyənin müzakirəsi aparılacaq.


Back to News