Xəbərlərs

29.03.2018

İngilis dili fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “English” vəsaitinin hazırlanması ilə bağlı məlumat

29 mart 2018-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni “English” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Dinləyib-anlama” məzmun xəttinə aid mövzuların müzakirəsi olub. Müzakirə zamanı işçi qrupunun üzvləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər vermişdir.

Növbəti iclasda (2 aprel 2018-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.   


Back to News