Xəbərlərs

05.04.2018

Biologiya fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Biologiya” vəsaitinin hazırlanması ilə bağlı məlumat

5 aprel 2018-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində yeni “Biologiya” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Zoologiya” bölməsinə aid mövzuların müzakirəsi olub. Müzakirə zamanı işçi qrupunun üzvləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər vermişdir.

Növbəti iclasda (12 aprel 2018-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.


Back to News