Xəbərlərs

06.04.2018

Riyaziyyat fənnindən yeni təhsil proqramı (kurikulum) əsasında “Riyaziyyat” vəsaitinin hazırlanması ilə bağlı məlumat

6 aprel 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində yeni “Riyaziyyat” vəsaitinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

Gündəlik məsələ “Ölçmə. Statistikanın elementləri. Çoxluqlar. Birləşmələr nəzəriyyəsinin və ehtimal nəzəriyyəsinin elementləri”, “Ən sadə həndəsi fiqurlar. Çevrə”, “Üçbucaqlar” və “Dördbucaqlılar və çoxbucaqlılar” fəsillərinə aid mövzuların müzakirəsi olub. Müzakirə zamanı işçi qrupunun üzvləri gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş və təkliflər vermişdir.

Növbəti iclasda (13 aprel 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) müzakirə davam etdiriləcək.
   


Back to News