Xəbərlərs

12.04.2018

Biologiya fənni üzrə hazırlıq kursu

12 aprel 2018-ci il tarixdə, saat 9:00-da Dövlət İmtahan Mərkəzində biologiya fənni üzrə hazırlıq kursunun 2-ci dərsi keçirilib.

Dərsin mövzusu “Biologiya fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tapşırıqların hazırlanması və onların formaları” haqqında olmuşdur.



Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər. 
Moderator E.Musayev mövzu ilə bağlı təqdimat etmişdir.


Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 19 aprel 2018-ci il tarixdə, saat 9:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir. 


Back to News