Xəbərlərs

12.04.2018

Tarix fənni üzrə hazırlıq kursu

12 aprel 2018-ci il tarixdə, saat 11:00-da Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə hazırlıq kursunun 2-ci dərsi keçirilib.

Dərsin mövzusu “Tarix fənni üzrə yeni təhsil proqramı (kurikulum) əsasında tapşırıqların hazırlanması və onların formaları” haqqında olmuşdur.



Kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri və metodistlər iştirak etmişlər.
Moderator H.Cabbarov mövzu ilə bağlı təqdimat etmişdir. 


Dərsin gedişində müəllimləri maraqlandırılan suallar cavablandırılmışdır.

Növbəti dərs 19 aprel 2018-ci il tarixdə, saat 11:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalında keçiriləcəkdir. 


Back to News